Əli Əsədov gerblə bağlı qərarı təsdiqlədi

Əli Əsədov gerblə bağlı qərarı təsdiqlədiƏli Əsədov gerblə bağlı qərarı təsdiqlədi
Baş nazir Əli Əsədov "Azərbaycan Respublikası Dövlət Gerbinin qabarıq təsvirinin istehsalı və vurulması Qaydası"nın təsdiq edilməsi haqqında qərar imzalayıb. 
Qərara əsasən, Azərbaycan Respublikası Dövlət Gerbinin qabarıq təsvirinin istehsalı və vurulması qaydası təsdiqlənir.
Bu Qayda "Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında" Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Dövlət Gerbinin (bundan sonra - Dövlət Gerbi) qabarıq təsvirinin istehsalı və vurulması qaydasını müəyyən edir.
Dövlət Gerbinin qabarıq təsviri, ölçüsündən asılı olmayaraq, onun Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1332-VKQ nömrəli Konstitusiya Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gerbinin Təsviri"nə əlavə edilən rəngli, rəngsiz və sxematik təsvirlərinə uyğun gəlməlidir.
Azərbaycan Respublikası Dövlət Gerbinin Dövlət Gerbinin qabarıq təsviri "Azərbaycan Respub-likasının Dövlət Gerbindən istifadə qaydaları haqqında" Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun 6-cı maddəsinə əsasən Dövlət Gerbinin qabarıq təsvirindən istifadə hüququ olan subyektlərin sifarişi əsasında hazırlanır.
Dövlət Gerbinin qabarıq təsvirinin hazırlandığı materiallara dair tələblər müvafiq dövlət standartları ilə müəyyən edilir.
Dövlət Gerbinin qabarıq təsviri vurulacağı yerdən və ya istifadə məqsədindən asılı olaraq müxtəlif ölçülərdə ola bilər.
Dövlət Gerbi hazırlanan zaman təhrifə yol verilməməsi məqsədilə alovun qırmızı rənginin "Panton" rənglər kataloqunun "Pantone Red 032C" rəng koduna, palıd budaqlarının yaşıl rənginin "Pantone 7729C" rəng koduna, sünbüllərin sarı rənginin "Pantone 7548C" rəng koduna, qalxanın və ulduzun sağanaqlarının, qalxanın düymələrinin və palıd qozalarının qızılı rənginin "Pantone 111C" rəng koduna uyğunluğu təmin edilir.
Dövlət Gerbinin qabarıq təsviri "Azərbaycan Respub-likasının Dövlət Gerbindən istifadə qaydaları haqqında" Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun 6-cı maddəsində sadalanan şəxslərin xidməti otaqlarında iş masasının arxa divarının ortasında, divarın hündürlüyünün 2/3 səviyyəsində vurulur.
Dövlət Gerbinin qabarıq təsviri Azərbaycan Respublikası Milli Məclisinin iclas salonunda, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin iclas salonunda və Azərbaycan Respublikasının bütün məhkəmələrinin iclas salonunda sədrlik edənin arxasında divardan vurulur. /oxu.az

Siyasi       Tarix: 09 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini


yeni xeberler azerbaycan xeberleri son xeberler ensonxeberler kriminal xeber valyuta mezennesi banklar cəbhədən son xəbərlər 2026