Əli Mirəliyev: 'Müğənnilərin heç nəyi yoxdur, hamısı dilənçidirlər

Əli Mirəliyev: 'Müğənnilərin heç nəyi yoxdur, hamısı dilənçidirlərÖtən günlərdə Xalq artisti Könül Xasıyeva sosial şəbəkə hesabında Azərbaycan xalqına səslənərək əməliyyatı üçün maddi yardıma ehtiyacının olduğunu bildirib.
Daha sonra sənətçi həmkarlarına da yeni müraciət ünvanlayaraq, onlardan yardım istəyib.
K.Xasıyevanın bu addımı birmənalı qarşılanmayıb, bəziləri onu qınaq atəşinə tutub.
azxeber.com xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Əli Mirəliyev həmkarına təriflər yağdırıb:
"Əvvəla, hər kəs bilməlidir ki, Könül Xasıyeva çox gözəl müğənnidir. Onun oxu tərzi gözəldir, Azərbaycan musiqisini yaxşı bilən sənətkardır. Muğamlarımızı gözəl ifa edir. Əgər yardım istəyən sıradan bir müğənni olsaydı, ona başqa cür cavab verərdim, amma bu, Könül Xasıyevaya aid deyil".
O, K.Xasıyevaya müraciət edərək bildirib ki, müğənnilərin pulu yoxdur və onlardan yardım istəmək heç bir effekt verməyəcək:
"Sadəcə mən Könülə bir məsləhət vermək istəyirəm, Könül, sən müğənnilərə müraciət edib yardım istəmə. Onların pulları yoxdur, yalandan basıb-bağlayırlar ki, toylara gedirik, bizim pulumuz var. Müğənnilərin heç nəyi yoxdur, hamısı dilənçidirlər. Bir-ikisinin "Maybach" markalı maşın almağı ilə deyil ki... Hələ bilmək olmaz onlar o maşınları hansı yolla alıblar. Müğənniliklə maşın almaq mümkün deyil. Mən bunların hamısını çox yaxşı bilirəm. Elə bildiyimə görə də deyirəm ki, ay Könül, mənim əzizim, gözəl bacım, sən deputatlara, məmurlara, iş adamlarına, İcra başçılarına müraciət et. Onlar sənə kömək edə bilər. Sən yaşamalı, yaratmalı, oxumalısan. Könül xalqımıza lazımdır. Öz adımdan insanlara müraciət edirəm ki, Könül Xasıyevaya kömək edin, çünki o, xalqımızın ən gözəl sənətkarlarından biridir".
Qeyd edək ki, Xalq artisti Könül Xasıyeva boğazında şiş aşkarlandığını, Almaniyada əməliyyat üçün 254 min manata ehtiyacı olduğunu bildirib.

Şou Biznes       Tarix: 26 oktyabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən xəbər xeber az en yeni xeberler maliyye xeberler bugun