Əlillərin hüquqlarının qorunması ictimai nəzarətdədir - FOTO

Əlillərin hüquqlarının qorunması ictimai nəzarətdədir - FOTOƏlillərin hüquqlarının qorunması ictimai nəzarətdədir - FOTO
Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi ilə bağlı Monitorinq Komissiyasının ictimaiyyətin nümayəndələri ilə görüşləri baş tutub. 
DOST Agentliyindən verilən məlumata görə, 40-a yaxın ictimai təşkilat nümayəndələri və əlilliyi olan fəallarla görüşün biri 18 avqust tarixində, digəri isə 21 avqust tarixində baş tutub. 
Görüşdə komissiyanın rəhbəri və DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev, komissiyanın digər üzvləri, o cümlədən ölkədə əlillik sahəsində fəaliyyət göstərən aparıcı qeyri-hökumət təşkilatlarının nümayəndələri və ictimai fəallar iştirak ediblər.
Monitorinq Komissiyasının sədri Fərid Məmmədovun moderatorluğu ilə keçirilən görüşlərdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində dövlət tərəfindən görülmüş işlər, o cümlədən müvafiq sahədə dövlət monitorinqinin təşkilinin məqsəd və vəzifələri, monitorinqin həyata keçirilməsi üzrə 2020-ci il üzrə tədbirlər planı və onun icra vəziyyəti barədə məlumat verilib. Monitorinqin aparılması üçün təklif olunan metodologiya və pandemiya dövrü üçün monitorinq üsulları ictimai rəy və təkliflərin öyrənilməsi üçün ictimai müzakirəyə çıxarılıb.
F.Məmmədov sağlamlıq imkanları məhdud olan uşaqların və əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsinin Azərbaycan dövlətinin sosial siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. Bu istiqamətdə institusional, qanunvericilik və insfrastruktur sahəsində kifayət qədər ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
"Bu cür tədbirlərdən biri də Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən "Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsidir. Bununla əlaqədar 2020-ci il üçün tədbirlər planı hazırlanıb və ƏƏSMN tərəfindən təsdiq edilib. Tədbirlər planında ictimai iştirakçılığa xüsusi diqqət ayrılıb. Bu görüşün də məqsədi Monitorinq komissiyası tərəfindən görülən işlər barədə ictimaiyyətə məlumat verilməsi, təkliflərin dinlənilməsi və verilən rəylərin növbəti mərhələlərdə nəzərə alınmasıdır", - deyə o vurğulayıb.
ƏƏSMN-in Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev Monitorinq Komissiyasının hesabatlılığına toxunaraq, Komissiyanın rəy və təkliflərinin də hökumətə təqdim olunacağını, bununla bağlı müvafiq qərarlar qəbul ediləcəyini xatırladıb. Onun sözlərinə görə, Monitorinq Komissiyasının fəaliyyətinin ilkin mərhələsində bir sıra ekspertlərlə görüşlər keçirilib.
"Hesab edirəm ki, bu tədbirlər əlilliyi olan şəxslərin hüquqlarının reallaşdırılması sahəsində görülən işlərin ən əhəmiyyətlisidir. Biz nazirlik olaraq ölkə qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində də işlər aparırıq", - deyə o qeyd edib.
Görüş zamanı ictimai fəallar və QHT nümayəndələri əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi üzrə öz rəy və təkliflərini səsləndiriblər.
Sonda QHT nümayəndələri və ictimai fəallarla bu cür görüşlərin davam etdiriləcəyi, səsləndirilən rəy və təkliflərin komissiya tərəfindən nəzərə alınacağı qeyd edilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 sentyabr tarixli 400 nömrəli Qərarı ilə "Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası" təsdiq edilib. Qərara əsasən, monitorinqin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Qərarın icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 31 yanvar 2020-ci il tarixli müvafiq əmri ilə dövlət monitorinqinin həyata keçirilməsi üzrə 2020-ci il üçün tədbirlər planı da təsdiq edilib.
Müvafiq olaraq ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Expertiza və Reabilitasiya Xidmətinin və nazirliyin tabeliyindəki DOST Agentliyinin əməkdaşlarından ibarət Monitorinq Komissiyası yaradılıb.
Əlillərin hüquqlarının qorunması ictimai nəzarətdədir - FOTOƏlillərin hüquqlarının qorunması ictimai nəzarətdədir - FOTOƏlillərin hüquqlarının qorunması ictimai nəzarətdədir - FOTOƏlillərin hüquqlarının qorunması ictimai nəzarətdədir - FOTOƏlillərin hüquqlarının qorunması ictimai nəzarətdədir - FOTOƏlillərin hüquqlarının qorunması ictimai nəzarətdədir - FOTOƏlillərin hüquqlarının qorunması ictimai nəzarətdədir - FOTOƏlillərin hüquqlarının qorunması ictimai nəzarətdədir - FOTOƏlillərin hüquqlarının qorunması ictimai nəzarətdədir - FOTOƏlillərin hüquqlarının qorunması ictimai nəzarətdədir - FOTOƏlillərin hüquqlarının qorunması ictimai nəzarətdədir - FOTOƏlillərin hüquqlarının qorunması ictimai nəzarətdədir - FOTOƏlillərin hüquqlarının qorunması ictimai nəzarətdədir - FOTO

Sosial       Tarix: 21 avqust 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO

"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis müavini təyin edilib. " "a istinadən xəbər verir ki, bununla QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rəşad Əliyev QSC-ni

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər 2026 xeberler metbuat xeberleri bu gunun xeberleri haqqinda melumat