Əliyev Sarkisyana müharibədən əvvəl hansı xəbərdarlığı edib? - Erməni bloqer elə şeylər danışdı ki

Əliyev Sarkisyana müharibədən əvvəl hansı xəbərdarlığı edib? - Erməni bloqer elə şeylər danışdı kiTanınmış erməni jurnalist, populyar bloqer Roman Baqdasaryan 44 günlük müharibə haqda özünün növbəti efirini həyata keçirib.
KONKRET.azxəbər verir ki, erməni bloqer bildirib ki, İlham Əliyevin Qarabağ məsələsindəki mövqeyi həmişə dəyişməz qalıb.
"Əliyevi, Serj Sarkisyanı və Köçəryanı istədiyimiz qədər ittiham edə bilərik, lakin ortada sadə bir fakt var: bütün bu danışıqlar ərzində Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə bəyan etmişdi ki, Azərbaycan Qarabağı və onun ətrafındakı əraziləri geri qaytaracaq, həmçinin həmin ətraf ərazilərin qaytarılmasını tələb edirdi. Başqa sözlə, əks-hücuma keçməzdən əvvəl Əliyev ardıcıl olaraq bunu Serj Sarkisyandan tələb etmişdi. Bu arada Serj Sarkisyan və Robert Köçəryan istehza ilə gülümsəyir, heç nəyi geri qaytarmayacaqlarını – hər şeyin bizə məxsus olduğunu iddia edirdilər. Axı dünyada heç bir dövlət Qarabağı nə müstəqil dövlət, nə də Ermənistanın torpağı kimi tanımırdı. Əslində isə məlum olur ki, Əliyevin dediyi hər şey doğru imiş, istər xoşumuza gəlsin, istər gəlməsin. Serj və Qarabağ rəhbərliyinin dedikləri isə yalan imiş. Bəs indi vəziyyət necədir? Bu müharibədə qarşıdurma tərəflərinin məqsədləri nə idi? Azərbaycan sentyabrın 27-də müharibəyə başlayarkən qarşısına təkcə Qarabağ ətrafındakı əraziləri deyil, həm də Qarabağın özünü ələ keçirmək və məsələni birdəfəlik həll etmək məqsədini qoymuşdu (çünki beynəlxalq hüquq ona bu səlahiyyəti verirdi – red.), – Bağdasaryan vurğulayıb.
O, daha sonra qeyd edib ki, 2016-cı ilin aprel döyüşləri isə Əliyevin Serjə xəbərdarlığı idi.
"Yəni ki, "gəlin bu problemi hansısa yolla nizamlayaq". Bu Ermənistan rəhbərliyinə verilən daha bir şans idi. Düşünmürəm ki, Əliyev xüsusilə çox sayda əsgər itirmək istəyirdi; axı Azərbaycanın itkiləri də Ermənistanınkı qədər böyük idi. Bununla belə, 44 günlük müharibədə Əliyev bütün Qarabağı və ətraf rayonların hamısını ələ keçirməyi hədəfləmişdi. Əliyevin Hadrut və Şuşa rayonlarını tutub sadəcə orada dayanmağı planlaşdırdığına qətiyyən inanmıram. İnanmıram ki, bu qədər silah-sursat toplayan və dəfələrlə hücum edib ərazilərini geri qaytarmaq niyyətini bəyan edən Azərbaycan sadəcə Qarabağın bir hissəsini azad etmək istəyirdi. Həqiqət budur ki, Əliyev qarşısına bu məsələni tam həll etmək məqsədini qoymuşdu. Düzünü desəm, anlayıram ki, Əliyev çətin ki, Bako Saakyan və ya onun kimilərlə yanaşı Qarabağda yaşamaq istəyərdi. Hətta biz – erməni xalqı belə, bunların sifətlərini görmək istəmirik. Bəs Əliyev niyə onlarla birlikdə yaşamaq istəsin ki?" – deyə Roman Bağdasaryan erməni auditoriyasına sual verir./Demokrat.az

Siyasi       Tarix: 09 oktyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Səfəviləri dəhşətə salan xəstəlik qayıtdı: ölənlər var – Bakı nə edəcək?

Rusiyada taun xəstəliyi ilə bağlı yayılan məlumatlar ölkədə ciddi narahatlığa səbəb olub. İddialara görə, taun üzrə araşdırmaların aparıldığı elmi müəssisədə çalışan 28 yaşlı Darya Şipilova bakteriya nümunəsinin saxlanıldığ

Abramyan: Bakı çox böyük oyuna başlayıb

ABŞ Ermənistan və Azərbaycan arasında sülhün möhkəmləndirilməsi səylərində ardıcıldır. teleqraf-a istinadla xəbər verir ki, bunu erməni siyasi analitik Qor Abramyan ABŞ dövlət katibi Marko Rubio ilə Azərbaycan xarici işlə

Türkiyədə özünü Azərbaycanın "dostu" adlandıranlar niyə susur?

Türkiyədə vaxtaşırı Azərbaycana qarşı kampaniyalar baş qaldırır. . Hər dəfə sanki bir dalğa olur, müxtəlif səviyyələrdə Azərbaycan əleyhinə aksiyalar təşkil edilir. Ölkəmizlə yanaşı, Türkiyə iqtisadiyyatına milyardlarla sərmay

Gürcüstanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfiri Qiorqi Zakaraşvilini qəbul edib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, Ceyhu

Türkiyə Məkkədə yeni hərbi gücü rəsmən qurdu – İttifaqın başına məşhur general gətirildi

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yaratdığı Məkkə Müdafiə İttifaqında mühüm təyinat rəsmiləşib. xəbər verir ki, oktyabrın 5-də Ər-Riyadda keçirilən Məkkə Müdafiə İttifaqının Strateji Siyasi və Müdafiə Komitəsini

Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib

Tanzaniya Birləşmiş Respublikasının Aruşa şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 153-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin (QHPŞ) koordinasiya iclası keçirilib. Bu barədə -a Milli Məclisi

Prezidentin təltif etdiyi Jalə Əliyevanın DOSYESİ

Prezident İlham Əliyev Milli Məclisin deputatı Jalə Fazil qızı Əliyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. xəbər verir ki, Jalə Fazil qızı Əliyeva 1966-cı il oktyabrın 5-də Bakı şəhərind

İlham Əliyev Putinə zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Bu barədə -a Prezidentin Mətbuat Xidmətindən məlumat verilib. Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putin

Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycanın Avstriya Respublikasında yeni təyin olunmuş səfiri Kamil Xasiyev etimadnaməsini Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellene təqdim edib. xəbər verir ki, bu barədə Azərbaycanın Avstriya və Sloveniyadak


yeni xeberler azerbaycan xeberleri son xeberler enson xeberler krimnal xeber kriminal bugun krimnal bugun