Elman Rüstəmov: "Bağlanan banklarda qalan əmanətlər..." - VİDEO
Bağlanan banklarda qalan əmanətlər iyunun 1-dən gec olmayaraq qaytarılacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov REAL TV-nin efirində bildirib.
E.Rüstəmov bildirib ki, artıq iki bank üzrə Mərkəzi Banka aid olan prosedurlar tamamlanıb:
"İlk növbədə banklarda olan əmanətlərin siyahısı ilə Əmanətlərin Sığortalanması Fondunda olan qorunan əmanətlərin siyahısı, reyestri üzləşdirilir, dəqiqləşdirilir. Fond artıq öz işinə başlayıb. Əmanətlərin verilməsi üçün ən gec tarix iyunun 1-dir. Halbuki bununla bağlı qanunla 3 ay müddət verilib. Amma biz bu məsələni tezliklə həll etmək istəyirik ki, əhali əmanətlərini almağa başlasın, onu başqa bir banka köçürsün. O bank vasitəsiylə əmanətini idarə etsin. Biz çox stabil və ayaq üstə dayanan banklar seçəcəyik. Vəsaitlər həmin banklara köçürüləcək və əhali üçün hesablar açılacaq".
Baş bankir qeyd edib ki, "Amrah Bank", "Atabank", "AGBank" və "NBC Bank"da əhalinin təxminən 680 milyon manat əmanəti var:
"Əmanətlər banklar tərəfindən itirilib, bunu bərpa etmək lazımdır. Əhalinin burada günahı yoxdur. Bu, bütövlükdə 680 milyondan yuxarı vəsaitdir. Biz bu məbləği diriltməklə kreditləşmə potensialı yaradacağıq".
Milli.Az
/news.milli.az
f Paylaş
Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar