Elman Rüstəmov böhranda: Paylarını satışa çıxardı
Uzun illərdir Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun biznes imperiyasının tərkib hissəsi kimi təqdim edilən "Səba" ASC-nin, deyəsən, ciddi maliyyə problemləri yaranıb.
KONKRET.az xəbər verir ki, Şirkətin səhmdarlarının oktyabrın 28- i tarixinə təyin edilmiş növbədənkənar ümumi yığıncağının gündəliyinə ASC-nin aktivlərinin bir hissəsinin satılması məsələsi salınıb. Belə ki, İdarə Heyəti qərarında yığıncağın gündəliyinə törəmə şirkətlərdəki "Səba" ASC-yə məxsus payların satılması da daxil edilib.
Ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib: vakansiyalar
1. "Səba" ASC-nin Direktorlar Şurası barədə;
2. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-yə kredit öhdəliyinin ötürülməsinə dair əqd barədə;
3. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-yə məxsus əmlakın ipoteka ilə yüklü edilməsinə dair əqd barədə;
4. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-nin nizamnamə kapitalındakı "Səba" ASC-yə məxsus payların satılmasına dair əqd barədə;
5. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Qarabağ Taxıl" MMC-nin birgə təsisçiliyi ilə yaradılmış "Qarabağ Toxum" MMC-nin nizamnamə kapitalındakı "Qarabağ Taxıl" MMC-yə məxsus payların satılmasına dair əqd barədə;
6. "Səba" ASC-nin törəmə cəmiyyəti olan "Qarabağ Taxıl" MMC-nin ötən illərin yığılmış mənfəətinə əsasən dividendlərin elan edilməsi barədə;
7. "Səba" ASC-nin əvvəllər emissiya edilib yerləşdirilmiş və geri alınmış səhmləri barədə;
8. "Səba" ASC-nin birgə təsisçiliyi ilə yaradılmış "Biləsuvar Aqro" MMC-nin nizamnamə kapitalındakı payların satılması barədə;
9. "Səba" ASC-nin nizamnamə kapitalındakı minoritar səhmdarlara məxsus səhmlərin geri alınması barədə;
10. "Səba" ASC-nin Nizamnaməsinin yeni redaksiyası barədə.
Xatırladaq ki, "Səba"nın aktivləri Hidayət Quliyev (37,5%), Natiq Quliyev (37,5%) və Azərbaycan İnvestisiya Holdinqinə (25%) məxsusdu. Onların Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun xalası oğlanları olduğu bildirilir. "Bank Respublika" ASC-nin əsas səhmdarlarından olan Natiq Quliyevin qardaşları Elçin və Namiq Quliyevlə birlikdə Elman Rüstəmovun Azərbaycanda müxtəlif sahələrə aid biznesini idarə etdikləri bildirilir. Bura Rüstəmova aid bəzi bank və şirkətlərlə yanaşı, maşın salonları, restoranlar, şadlıq evləri, quşçuluq təsərrüfatı və sair daxildir.
Qeyd edək ki, bir müddət əvvəl "Səba" ASC-nın aktivlərinin "Chicken Pro." MMC şirkəti tərəfindən alındığı xəbəri yayıldı. Nəzərə alsaq ki, "Chicken Pro." MMC şirkəti "Səba" ASC-nin törəmə şirkətidir, satışa məhz "Səba"-nın səhmlərinin çıxarıldığı ehtimal etmək olar.
Bu və yuxarıda qeyd edilən iclasın gündəliyi "Səba"-nın çətin maliyyə durumuna düşdüyünə dair təsəvvür yaranır. Əks halda, şirkət özünün əhəmiyyətli aktivlərini niyə satışa çıxarsın ki…?
/"Azpolitika"
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb