Elman Vəliyev: "Əsədin varlığı Rusiyanın Aralıq dənizinə çıxışı deməkdir"

Elman Vəliyev: Suriyada hərbi münaqişə yeni mərhələyə qədəm qoyub. 13 il əvvəl başlayan Suriya böhranı uzun müddətli müharibəyə səbəb olub və yüz minlərlə insan həyatını itirib, milyonlarla insan qaçqın düşüb. Suriyanın şəhər və kəndləri darmadağın edilib. Bir sözlə, Suriya dünya güclərinin savaş meydanına çevrilib. Bir neçə gün əvvəl Suriyada yeni münaqişə baş verib və regionda müharibə təhlükəsi artıb.
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən konfliktoloq Elman Vəliyev münaqiəşini belə dəyərləndirib:
Elman Vəliyev: Elman Vəliyev
"2011-ci ilin Ərəb Baharı Suriyadan da yan keçməmişdi. Buradakı inqilab Şamda polisin bir vətəndaşa hücumu ilə başladı. Xalq buna etiraz etdi. Bu etirazlar polislər tərəfindən dağıdıldı. 1 ay sonra Dera kəndində 15 nəfər azyaşlı hökumət əleyinə şüarlar yaymaq iddiası ilə həbs edildi. Bu, şiddətli müqavimətin başlanılmasına səbəb oldu. Etirazlar bir xeyli ərazini bürüdü. Bundan sonra etirazçılar Bəşər Əsədin istefasın tələb elədi. Əsəd hərbi müdaxilə əmri verdi. Rusiyanın da kömək etdiyi Əsəd qüvvələri ilə etirazçılar arasında hələ də davam edən qarşıdurmalar yaşanır. Əsədə ən böyük maneələrdən biri Əl Nusra cəbhəsidir.
Cəbhə 2011-ci ilin sonlarında yaradılıb. 2016-cı ildə beynəlxalq təzyiqləri azaltmaq üçün adını "Dəməşqin Fəthi Cəbhəsi" olaraq dəyişdi. Elə həmin ildə Əl-Qaidədən ayrıldığını elan etdi. 2017-ci ildə isə digər müxalifət qrupları ilə birləşərək "Heyət Təhrir əl-Şamı" yaratdı".   Daha sonra Suriyada Bəşər Əsəd rejimini devirmək istəyən qüvvələrin fəaliyyətinə toxunanan konfliktoloq bildirib ki, cəbhənin məqsədi Əsəd rejimini devirmək və onun yerinə sünni İslam dövlətini qurmaqdır: "Rəcəb Tayyib Ərdoğan Əl Nusranı terror təşkilatı adlandırır. Maraqlısı budur ki, Ərdoğan da Əsədə qarşı mübarizə aparanlara dəstək verir. Türkiyə tərəfi Əsədə qarşı mübarizə aparan Azad Suriya Ordusu ilə bir yerdə fəaliyyətdədir. Suriya maraqların toqquşuduğu çox önəmli mövqedir. Böyük neft yataqları var. Aralıq dənizi sahilində yerləşməsi də cəlbedicidir. Ona görə də Suriyada konflikt asanlıqla başa çatana oxşamır. Müxalif ordusunun fikri  M5 magistralını ələ keçirməkdir. Bu yol ölkənin Şimalı ilə Cənubunu, yəni Hələb ilə Dəməşqi birləşdirir. İran M5 və M4 magistralı ilə Hizbullaha dəstək verir. Yəni İran üçün də potensial təhlükə var. Suriya əsas konflikt ocaqlarından birinə ev sahibliyi edir. Ölkədə o qədər silahlı qruplar toplaşıb ki, kimin kim olduğunu ayrıd etmək çətindir.
Rusiya, İran, Türkiyə, İsrail, ABŞ və Britaniyanın xüsusi maraqlarının toqquşduğu Suriyada ciddi qarşıdurmalar hələ bundan sonra başlayacaq.  İsrail Hizbullahla atəşkəs bağladıqdan 2-3 gün sonra Əsəd rejiminə qarşı təpkilər  başlandı.  Əsədin varlığı Rusiyanın Aralıq dənizinə çıxışı deməkdir. Ona görə də  Rusiya Əsədi bütün gücü ilə qoruyur. Türkiyə və Azad Suriya Ordusu əminəm ki, HTŞ-yə (Heyət Tahrir-Əl Şam) dəstək göstərir.  İsrail və Amerika müxalif qüvvələrin əli ilə planı icra etməyə çalışacaqlar. Putin əzmkarlıq göstərməsə güclü  dəstəklə Əsədin qələmin qırmaq mümkündür".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 04 dekabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl


yeni xeberler son xeberler azerbaycan xeberleri gunun xeberleri en son xeber meherremlik 2026 xabarlar