Elşən Abduləzimov ermənilərin hücumuna məruz qalan soydaşlarımızın vəziyyətindən danışdı - VİDEO
Elşən Abduləzimov ermənilərin hücumuna məruz qalan soydaşlarımızın vəziyyətindən danışdı - VİDEO
"Diaspor və səfirlik nümayəndələrinə daş və iti kəsici alətlərlə, partlayıcı vasitələrlə hücum edən 18 erməni təxribatçı saxlanılıb".
Bunu "Xəzər Xəbər"ə müsahibəsində Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin birinci katibi Elşən Abduləzimov deyib.
Onun sözlərinə görə, 22 iyul tarixində səfirliyin inzibati binası önündə baş tutmuş nümayiş zamanı Belçikadakı erməni diasporu tərəfindən kəskin vandalizm aktları ilə müşayiət olunan kütləvi nümayiş keçirilib. Bu ölkədə yaşayan yüzlərlə icma nümayəndəsi, eləcə də həmsərhəd Niderland, Fransa və Almaniyada yaşayan soydaşlarımız yüksək həmrəylik göstərərək diplomatik missiyanın ərazisinə toplaşıb, ermənilərin nümayiş cəhdini iflasa uğradıblar. Ancaq bunu həzm etməyən ermənilər vətəndaşlarımızın üzərinə hücum çəkməyə başlayıblar.
Elşən Abduləzimov bildirib ki, hazırda xəsarət alanların vəziyyətləri yaxşıdır. Onun sözlərinə görə, ümumilikdə baş vermiş hadisələrlə bağlı ətraflı hesabat və protokollar tərtib edilərək, Belçika Krallığının Xarici İşlər Nazirliyinə nota və digər aidiyyəti qurumlarına rəsmi müraciət göndərilib, erməni cinayətkarların cəzalandırılması tələb edilib. Nəticədə də bir neçə erməni təxribatçı Belçika polisi tərəfindən saxlanıb.
Elşən Abduləzimov onu da bildirib ki, ermənilərin əvvəlcədən planlaşdıraraq törətdikləri bu təxribatçı hərəkətlər Belçika dövlətinin ev sahibi kimi üzərinə götürdüyü öhdəliklərə və normalara əsasən Azərbaycan tərəfinin lehinədir. Buna görə də səfirlik həmin şəxslərin ən sərt şəkildə cəzalandırılması üçün bütün qüvvələri sona kimi səfərbər edəcək.
/oxu.az
f PaylaşTurlar.az [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb