Əmək pensiyalarına dəyişikliyin detalları açıqlandı

Əmək pensiyalarına dəyişikliyin detalları açıqlandıƏmək pensiyalarına dəyişikliyin detalları açıqlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindənazxeber.com-a verilən məlumata görə, "Əmək pensiyaları haqqında" Qanunda 11 maddə üzrə 50-dək əlavə və dəyişiklik edilib.
Bunlardan biri - zərərli və ağır işlərdə çalışan şəxslərin pensiyaya çıxmasında yeni güzəştlərdir. Belə ki, həmin şəxslər üçün nəzərdə tutulmuş pensiya yaşına çatdıqda
Kişilərdən:
əvvəl - 12 il 6 ayı zərərli işlərlə bağlı olan 25 il staj və fərdi hesabda 48960 manat pensiya kapitalı tələb olunurdu;
bundan sonra - 12 il 6 ayı zərərli işlərlə bağlı olan 25 il staj, yaxud 12 il 6 ay zərərli işlərlə bağlı staj və fərdi hesabda 34560 manat pensiya kapitalı tələb olunacaq.
Qadınlardan:
əvvəl - 10 ili zərərli işlərlə bağlı olan 20 il staj və fərdi hesabda 56160 manat pensiya kapitalı tələb olunurdu;
bundan sonra - 10 ili zərərli işlərlə bağlı olan 25 il staj, yaxud 10 il zərərli işlərlə bağlı staj və fərdi hesabda 34560 manat pensiya kapitalı tələb olunacaq.
Göründüyü kimi, həmin şəxslərdən pensiyaya çıxmaq üçün tələb olunan pensiya kapitalı 30-38,5 faiz azaldılır.
Bu dəyişiklik hər il orta hesabla əlavə 1000 nəfərin pensiya hüququnun yaranmasına imkan verəcək.
Digər tərəfdən, güzəştli şərtlərlə pensiya təyin edilən şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti də kişilər üzrə 204-dən, qadınlar üzrə 234-dən 144-ə endirilir. Bu da onlara hesablanan pensiya məbləğinin orta olaraq 42-62 faiz artması ilə nəticələnəcək.
Məsələn, güzəştli şərtlərlə pensiya təyin olunan, 60000 manat pensiya kapitalı olan kişiyə 294,12 manat (60000:204), qadına 256,41 manat (60000:234) pensiya təyin olunurdusa, yeni dəyişikliyə əsasən onlara 416,67 manat (60000:144) pensiya təyin olunacaq.
Yeni dəyişiklik ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsində yeni addımların atılmasına da imkan verir:
Ailə başçısını itirməyə görə pensiyanın bir ailə üzvünə düşən hissəsi onun hüququ yaranan müavinətin məbləğindən az olduqda, ona ailə başçısını itirməyə görə pensiya əvəzinə həmin müavinəti almaq hüququ verilir.
Bu zaman (eləcə də pensiya payını almadığı digər hallarda) onun pensiya payı bərabər şəkildə bölünərək digər ailə üzvlərinin pensiyasına əlavə olunacaq.
Vəfat edən şəxsin pensiya məbləği onun ailə üzvlərinə sonradan ailə başçısını itirməyə görə pensiya kimi təyin ediləndə ötən illərə uyğun şəkildə indeksasiya edilərək artırılacaq.
Məsələn, pensiyası 285 manat olan və 2019-cu ildə vəfat etmiş ailə başçısının həyat yoldaşına 2022-ci ildə ailə başçısını itirməyə görə pensiya təyin edildikdə həmin şəxsə 285 manat deyil, 382,8 manat pensiya təyin ediləcək.
Vəfat etmiş pensiyaçının pensiyasının məbləğinin də o, pensiyaya çıxdıqdan sonra vəfat edənədək topladığı pensiya kapitalı nəzərə alınmaqla ailə üzvünə müvafiq pensiya təyinatı zamanı yenidən hesablanması imkanı yaradılır.
Məsələn, 2017-ci ildə 245 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş şəxs işləməkdə davam edib və 2019-cu ildə vəfat edib. Artıq həmin iki illik dövr üzrə toplanmış pensiya kapitalının da hesablanaraq nəzərə alınmaqla, ailə başçısını itirməyə görə təyin olunan pensiyanın artırılması mümkün olacaq.
"Əmək pensiyaları haqqında" Qanuna digər bir yeni dəyişiklik isə erkən pensiya hüququ olan çoxuşaqlı (5 və daha çox uşağı olan) qadınlara, sağlamlıq imkanları məhdud uşağı olan analara və atalara, uşaqlarını təkbaşına böyüdən atalara və qəyyumlara münasibətdə humanist, güzəştli yanaşmanı nəzərdə tutur.
Belə ki, bu kateqoriyadan olan, erkən pensiya hüququ yaranan şəxslərə:
E-sistem üzərindən, müraciət olunmadan, sənəd təqdim edilmədən, proaktiv qaydada pensiya təyinatı aparılacaq;
Onlardan fərdi hesabında (01.01.2006-01.07.2018-ci il tarixləri üzrə) hər hansı məbləğdə pensiya kapitalı olan şəxslərə 25 il sosial sığorta stajı hədiyyə edilməklə avtomatik pensiya hüququ şamil olunacaq.
Bu dəyişiklik hər il orta hesabla əlavə 960 nəfərin pensiya hüququnun yaranmasına da imkan verəcək.
Yeni dəyişikliklə həmçinin:
5 və daha çox uşağı övladlığa götürüb onları 8 yaşınadək tərbiyə etmiş qadınlara, 5 və daha çox uşağı 8 yaşınadək tərbiyə etmiş qəyyum qadınlara, sağlamlıq imkanları məhdud uşağını 8 yaşadək böyüdən analarla yanaşı, atalara da 5 il daha tez yaşa görə pensiyaya çıxa bilmək hüququ verilir.
Yeni redaksiyada pensiya sisteminin təkmilləşdirilməsi və müvafiq uyğunlaşdırmaların aparılması üçün digər bir sıra əlavə və dəyişikliklər də yer alıb.

İqtisadiyyat       Tarix: 29 iyun 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl


son xeberler azerbaycan xeberleri yeni xeberler sou xeberler xankendi son xeberler bugun cəbhədən son görüntülər