Əməkdaşlığın dayandırılması daha çox kimin ziyanınadır? – İtirən AŞPA olacaq, yoxsa Bakı?

Əməkdaşlığın dayandırılması daha çox kimin ziyanınadır? – İtirən AŞPA olacaq, yoxsa Bakı?Son illər Qərbin Azərbaycana qarşı qərəzli mövqeyi daha da kəskinləşib. Avropa Şurası Parlament Assambleyasının rəsmi Bakı ilə münasibətləri gərginləşdirməsi də həmin siyasətin davamı idi. Artıq Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bəyanatla çıxış edərək qurumdakı fəaliyyətini dayandırıb.
Maraqlıdır, proseslər bundan sonra hansı məcrada davam edəcək?
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında İkinci Qarabağ müharibəsindən sonra Avropa qurumlarının Azərbaycanla münasibətləri gərginləşdirməkdə maraqlı göründüyünü deyib:
Əməkdaşlığın dayandırılması daha çox kimin ziyanınadır? – İtirən AŞPA olacaq, yoxsa Bakı?"Fransanın təsiri altında Azərbaycan əleyhinə qeyri-obyektiv, ikili standartlara dayanan, Azərbaycan dövlətinin beynəlxalq imicini sarsıdan qərarlar qəbul edilir, bəyanatlar səslənir. Bütün beynəlxalq təşkilatlar müəyyən öhdəliklərə malikdir. Amma fakt budur ki, biz bu öhdəliklərdən heç vaxt səmərəli istifadə etməmişik. Burada təkcə Avropa qurumlarını günahlandırmaq da doğru olmazdı. Səbəblərdən biri də odur ki, həmin qurumlara kifayət qədər qabiliyyəti, bacarığı olmayan insanlar göndərilib. Eyni zamanda, Azərbaycan məmurları öz öhdələrinə düşən işi yetərincə yerinə yetirə bilməyiblər. Nəticə isə ondan ibarətdir ki, təxribatların qarşısı vaxtında alınmayıb. AŞPA-dan uzaqlaşmağımızın Azərbaycan dövlətinə və xalqına heç bir xeyri yoxdur. Qurumu tərk etməyimiz Azərbaycanın təklənməsi deməkdir. Cənubi Qafqaz respublikalarının, Gürcüstan və Ermənistanın bu təşkilatda olması fonunda ölkəmizin sözügedən qurumdan uzaqlaşması müəyyən imkanların itirilməsi deməkdir".
Partiya sədri hesab edir ki, indiki vəziyyət uzun müddət davam etməyəcək və AŞPA ilə Azərbaycan arasındakı münasibətlər tezliklə yoluna qoyulacaq:
"Azərbaycanla AŞPA arasındakı münasibətlər hər iki tərəfin maraqlarına uyğundur. Baş verənlərdən dərs almalıyıq, çalışmalıyıq ki, bizə qarşı qəbul edilən qərarların qarşısını vaxtında ala bilək. Digər mühüm məqam isə AŞPA-dakı bəzi müttəfiqlərin ölkəmiz əleyhinə fəaliyyətidir. Məsələn, bizi qardaş adlandıran Macarıstan Azərbaycanın əleyhinə səs verib. Hələ münasibətlərimizin yüksək olduğu İtaliya, Moldova və digər Avropa dövlətlərini demirəm. Onların heç biri Azərbaycanı dəstəkləməyib. Orada Azərbaycanı müdafiə edən çox az dövlət olub. Bu isə müəyyən suallar yaradır".
Politoloq Elçin Mirzəbəyli isə hesab edir ki, Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini dayandırması ölkəmizə qarşı aparılan total qarayaxma siyasətinin məntiqli cavabıdır:
Əməkdaşlığın dayandırılması daha çox kimin ziyanınadır? – İtirən AŞPA olacaq, yoxsa Bakı?"Avropa İttifaqına və Avropa Şurasına üzv olan bir sıra dövlətlərin uzun illərdən bəri yürütdükləri BMT Nizamnaməsinə və beynəlxalq hüququn digər norma və prinsiplərinə zidd siyasəti Avropa institutlarının gözdən düşməsinə səbəb olub. Hazırda "Avropa dəyərləri" anlayışı özündə fundamental insan hüquq və azadlıqlarını, demokratiya və ədalət prinsiplərini deyil, korporativ maraqlarını ifadə edir. Bu gün on milyonlarla insanın faciəsinə rəvac verib, öz bədənlərinin sərhədlərini qoruya bilməyənlərin "hüquqlarının" müdafiəsi üçün qlobal ajiotaj yaradan Avropa institutlarının mənəvi, mədəni, sosial deqradasiyaya uğradığı göz qabağındadır. Məhz bu baxımdan, kimin necə düşünməsindən asılı olmayaraq, bizə belə üzdəniraq təsisatların gərəkli olduğunu düşünmürəm".
Politoloq Oqtay Qasımov bildirib ki, ölkəmiz AŞPA-ya üzv qəbul ediləndə qurumdan müəyyən gözləntilərimiz var idi:
Əməkdaşlığın dayandırılması daha çox kimin ziyanınadır? – İtirən AŞPA olacaq, yoxsa Bakı?"Torpaqlarımız işğal altında olduğundan hesab edirdik ki, bu müstəvidə öz haqq işimizi Avropa ictimaiyyətinə çatdırmaq, onların müəyyən təsirləri ilə işğal faktını aradan qaldırmaq mümkün olacaq. Amma ötən müddət ərzində təəssüf ki, Avropa Şurası işğalçıyla işğala məruz qalan arasında bərabərlik işarəsi qoymaqla öz qərəzini nümayiş etdirdi. Azərbaycan işğal altındakı ərazilərini azad edərək suverenliyini təmin etdikdən sonra bir çox beynəlxalq təşkilatlar ölkəmizə qarşı ikili standartlar sərgiləməyə başladı. Onların sırasında isə AŞPA xüsusi yer tuturdu. 2023-cü oktryabrın 5-də AŞPA Azərbaycan əleyhinə qətnamə qəbul etdi. Sənəddə Qarabağdan könüllü şəkildə getmiş ermənilərlə bağlı müddəalar Azərbaycanın haqlı və kəskin etirazına səbəb oldu. Bundan sonra isə Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edildi. Sanki Ermənistanın məğlubiyyətinin əvəzini çıxmağa və Azərbaycanı cəzalandırmağa çalışırlar. Bunun üçün də müxtəlif bəhanələr uydurulur. Guya seçki prosesini izləmək üçün dəvət olunmamalarını, siyasi məhbuslar və və digər mövzuları bəhanə etməklə Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməkdən imtia etdilər. Azərbaycan nümayəndə heyəti isə düzgün olaraq önləyici addım kimi AŞPA ilə əməkdaşlığı müvəqqəti olaraq dayandırdı".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 26 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb. xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib. "Azərbaycan

"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir". Bunu politoloq Elçin Xalidbəyli -a açıqlamasınd

Politoloq: "Azərbaycan TDT-ni strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir

Sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüş zamanı TDT-nin beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat layihələrini

Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirovun məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Murad Aslanovun sədrliy

Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA

2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtələrindən biridir. Əməliyyat nəticəsində ölkənin ərazi bütövlüyü tam bərpa edildi və Azərbaycanın suverenliyi bütü

"Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər

"Azərbaycanlıların tarixi daha əsaslıdır, nəinki ermənilərin tarixi". xəbər verir ki, bunu Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

İsrail Səfirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. İsrailin Azərbaycandakı səfirliyi bu barədə X-da paylaşım edib. "Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davaml

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar


son xeberler azerbaycan xeberleri yeni xeberler cebheden xeberler son xeberler bugun 2026 azerbaycan beynelxalq bank mezenne bugünki xəbərlər