Emin Hüseynov: "2022-ci il genişmiqyaslı tikinti-quruculuq ili olacaq

Emin Hüseynov: "İşğaldan azad edilmiş bütün ərazilərdə bərpa işləri paralel şəkildə aparılır. Əsas məqsəd ümumi planın təsdiqindən sonra, müfəssəl planların təsdiq edilməsidir".
Bu barədə "Report"a açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Onun sözlərinə görə, müfəsssəl planların hazırlanması həm Füzuli, həm də Ağdam şəhərləri üzrə yekunlaşmaq üzrədir: "İlk olaraq şəhər mərkəzlərinin, ətraf kəndlərin bərpasına başlanılması nəzərdə tutulur".
E.Hüseynov Ağdamda aparılan işlərlə bağlı danışarkən bildirib: "Ağdam Sənaye Parkında xüsusi mobilizasiya zonası artıq hazırdır. Rezident statusu qazanmış ilk şirkətlərin zavodlarının təməli qoyulur. Yəni, bunun üçün hazırlıq işləri gedir".
O əlavə edib ki, Ağdamda yaşayış massivin salınması ilə bağlı artıq işlərə başlanılıb: "Birinci məhəllə altı mərtəbəli binalardan ibarət olacaq. Orada həm meşə zolağının salınması, həm də bir nömrəli məktəbin tikintisi aparılır. Bütün bunlar Prezident İlham Əliyevin mayın 28-də səfəri zamanı təməli qoyulmuş ərazilərdir. Həmin yerlərdən biri də Cümə Məscididir, onun restavrasiyası başlamaq üzrədir və Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcək. Yavaş-yavaş digər layihələrin də icrasına başlayırıq. Hesab edirəm ki, 2022-ci il çox genişmiqyaslı tikinti- quruculuq ili olacaq".
Qeyd edək ki, bu ilin 28 may tarixində Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş planı, oktyabrın 17-də isə Füzuli rayonunun Baş planı təqdim edilib.
Xatırladaq ki, Ağdam şəhərində çoxlu müasir tipli binalar olacaq. Şəhər ağıllı şəhər konsentrasiyasına uyğun inşa olunacaq. Şəhərin 20 %-i yaşıllıqla əhatə olunacaq. Şəhərdə 4 meşə massivi, 23 şəhərtipli park və şəhərin içində yollar kifayət qədər genişzolaqlı olacaq.
Füzulidə "Ağıllı kənd" konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılır. Beş kəndi birləşdirən bu layihə, gələn ilin sonuna qədər keçmiş sahiblərinin sərəncamına verilməsi gözlənilir. Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur və bu, Füzuli rayonunda birinci yaradılacaq yaşayış mərkəzi olacaq.

Siyasi       Tarix: 13 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Prezident Gürcüstanla bağlı bu sazişi təsdiqlədi

"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş" təsdiq edilib. xəbər veri

Pakistan və Qətər hərəkətə keçdi: ABŞ-la İranı

Pakistan ilə Qətər ABŞ və İranı danışıqlar masasına qaytarmaq üzərində işləyir. xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb. Xatırladaq ki, iyulun 8-nə keçən gecə ABŞ-ın İrana hücumları bərpa olunub. AB

Paşinyan: Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün iki variant var

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün iki mümkün variantın nəzərdən keçirildiyini bildirib. Paşinyan bu barədə brifinqdə danışıb. "Birinci variant ondan ibarətdi

Əhmədinejad MOSSAD rəhbəri ilə görüşüb, indi həbsdədir - KİV

İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. KONKRET.azapa-ya istinadla xəbər verir ki, bu barədə "Nyu York Tayms"da dərc olunan yazıd

Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verdi

Özbəkistan vətəndaşları – 1981-ci il təvəllüdlü Mirzaalimov Raxmatullo Nomancanoviç və 1976-cı il təvəllüdlü Toxtasinov Azamatcon Abduqapparoviçin cinayət məsuliyyətinə cəlb edilmələri məqsədilə ekstradisiya olunmaların

Trampa İrandan şok: Razılaşmaya imza atdıqdan bir saat sonra

ABŞ Prezidenti Donald Tramp İranın danışıqlardakı qeyri-sabit davranışını sərt tənqid edib. Prezident bildirib ki, Tehran rəhbərliyi ötən gün Vaşinqtonun tələblərini tam şəkildə ehtiva edən və nüvə proqramından imtinanı nəzərd

Xırdalan bələdiyyəsinin sabiq sədri 6 ilə - Yarım milyondan çox yeyinti edib

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi istintaq olunub. Baş Prokurorluğun Mətbuat xidmətindən -a bildirilib ki, eks-bələdiyyə sədri Musayev Orxan Elxan oğlu yarım milyondan çox mənimsəməd

Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu

Xoşbəxtlikdən Azərbaycanın nə mövcud, nə də potensial daxili riskləri yoxdur. APA-ya istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib. "Xoşbəxtlikdən Azərbaycanın nə mövcud

Əhmədinecad Mossad-la əməkdaşlıq iddiası ilə həbs edildi

İranın keçmiş prezidenti Mahmud Əhmədinecad İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat qanadı tərəfindən saxlanılaraq ev dustaqlığına yerləşdirilib. xarici agenltiklərə istinaədn xəbər veir rki, bu barədə Th


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son vəziyyət sou biznes en son xeberler