Emin Hüseynov: Ay ərzində Ağdamın Xıdırlı kəndinə köç təmin ediləcək
Ağdamın Xıdırlı kəndinə köç üçün işlərə başlanılıb.
Bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda Baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən "Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin təməli" adlı konfransda çıxışı zamanı deyib.
Xüsusi nümayəndə bildirib ki, həmin tədbirlər çərçivəsində bu il Prezident İlham Əliyev ilk olaraq Ağdam rayonunun Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinin açılış mərasimində iştirak edib: "Ardınca Sarıcalı və Kəngərli kəndlərinin sakinləri artıq öz doğma torpaqlarına qayıdıblar".
Onun sözlərinə görə, Xıdırlı kəndində köç üçün işlərə başlanılıb:
"Bu ay ərzində həmin kəndə ilkin olaraq 188 ailənin köçü təmin ediləcək. Növbəti iki ay ərzində isə müvafiq olaraq 195 və 390 ailənin köçməsi mümkün olacaq".
///report
Turlar.az [newsid: 0-123300]

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı