Emin Hüseynov: "İşğaldan azad edilmiş ərazilərdə "Ağıllı bina"lar yaradılacaq
"Ağdam şəhərinin mərkəzinə elektrik xəttinin çəkilişi düz bir il çəkdi".
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları" mövzusunda elmi-praktiki konfransda deyib.
"Artıq Ağdam şəhərinin elektrik enerjisi var. Ümid edirik ki, Qarabağda infrastrukturun bərpasından sonra ilkin yaşayış məhəllələrinin tikilməsinə başlanılacaq. İşğaldan azad edilmiş ərazilərdə ilkin yaşayış xətləri salınır, məktəb, xəstəxana tikilir. Həmçinin qeyd edim ki, Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək beş rezident var", - E.Hüseynov bildirib.
Onun sözlərinə görə, hazırda mövcud olan sistemlər tətbiq edilməlidir: "Bundan sonra innovasiyalar haqqında danışa bilərik. İlk növbədə işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası məsələsidir. Sonra isə əhalinin ora qayıdışının təmin edilməsidir. İşğaldan azad edilmiş ərazilərdə çoxlu imkanlar var, orda "Ağıllı kənd"lər, "Ağıllı şəhər"lər, həmçinin "Ağıllı bina"lar, rəqəmsal bərpa sistemləri olmalıdır. Bu gün bu istiqamətdə çox maraqlı layihələr var".
///Report
Turlar.az [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı