Ən əzabverici xəstəliklər hansılardır?
"Amiotrofik yan skleroz (Lu Qehriq) ən ağır xəstəliklərdən biridir".
KONKRET.az xəbər verir ki, bunu ABŞ-də çalışan tibb bacısı Culi Makfadden ölümlə nəticələnən ən ağrılı xəstəliklərdən danışarkən deyib.
O qeyd edib ki, onilliklər ərzində bu xəstəliyə yoluxanların əksəriyyətini xilas etmək mümkün olmayıb:
"Bu xəstəlik zamanı əzələ hərəkətlərini idarə edən sinir hüceyrələri tədricən məhv olur. Zamanla tənəffüsdə iştirak edən əzələlər işini dayandırır. Bu səbəbdən ölüm boğulma nəticəsində baş verə bilər".
C.Makfadden bildirib ki, qlioblastoma aqressiv beyin xərçəngidir və hər il təxminən 15 min ABŞ-liyə bu diaqnoz qoyulur:
"Bir çox xəstə qlioblastoma diaqnozundan sonra aylar ərzində işləmək və ya maşın sürmək qabiliyyətini itirir".
Onun sözlərinə görə, xroniki böyrək çatışmazlığı da ağır xəstəliklərdən biridir:
"Bu xəstəlik böyrəklər qanı düzgün filtrasiya edə bilmədikdə baş verir. Bunun səbəbləri şəkərli diabet, yüksək qan təzyiqi, sidik yollarında olan infeksiyalar ola bilər. Xəstəliyin ən yaxşı müalicəsi böyrək transplantasiyasıdır. Müalicə zamanı dializ proseduru (xüsusi cihazla qandan toksinlərin çıxarılması) vacibdir. Dializi dayandırmaq isə çox təhlükəlidir". (Oxu.az)
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var