Ən zərərli çərəz açıqlandı - FOTO
Ən zərərli çərəz açıqlandı - FOTO
Araxis və ya yer fındığı ən zərərli çərəzlərdən hesab olunur.
Bu barədə rusiyalı dietoloq Svetlana Pançenko xəbərdarlıq edib.
Onun sözlərinə görə, əslində bir çoxlarının hesab etdiyi kimi araxis fındıqkimilərə aid deyil:
"Araxis əslində paxlalılar ailəsinə aiddir və yerdə bitir. Mənfi cəhətlərdən biri - ən çox güclü allergenlərdən biri hesab olunmasıdır. Torpaqda böyüdüyündən, o, tez-tez insan sağlamlığına mənfi təsir göstərə bilən kif göbələrlərinin , bu isə insan səhhətinə mənfi təsir göstərə bilər", - deyə Pançenko izah edib.
O, istənilər qoz-fındıqların tərkibində də, araxisdə də fitin turşusu olduğu barədə xəbərdarlıq edib:
"Bu qidada olan bir sıra mikroelementlərin, məsələn, dəmirin mənimsənilməsinə mane olur. Buna görə də, çiy qoz-fındıqları yeməkdən əvvəl bir neçə saat isladıb sonra qurutmaq daha yaxşıdır", - deyə diyetoloq sözlərini yekunlaşdırıb.
Qeyd edək ki, sadalanan xüsusiyyətlərə baxmayaraq, yerfındığının bir sıra faydalı xüsusiyyəti də var. Araxis mərci, lobya, noxud, soya kimi bitkilərin yaxın qohumudur, bu səbəbdən ürək və damarlar üçün çox faydalı məhsuldur.
Həftədə 6 gün 1 ovuc (təxminən 30 qr) araxis yeyən insanlarda ürək-damar sistemi xəstəliklərinin və bu xəstəliklərdən ölümün riski 30% azalır. Alimlər bunu araxisin tərkibində olan maqnezium, fitosterol və fol turşusu ilə izah edirlər.
Maqnezium - damarları genişləndirir və bununla da arterial təzyiqi aşağı salır. Bu isə bir çox ürək-damar sistemi xəstəliklərinin profilaktikasıdır.
Fitosterol - pis xolesterolun səviyyəsini aşağı salır və bununla da aterosklerozun inkişafının qarşısını alır. Ateroskleroz zamanı damarlarda xolesterol yığılır ki, nəticədə damarlar daralır, onların elastikliyi pozulur. Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin əsas səbəbi sayılır.
Mənbə: RİA Novosti

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR