Enactus Azərbaycan 2021-ci il "Yaz Məktəbi" layihəsi uğurla başa çatıb

Enactus Azərbaycan 2021-ci il "Yaz Məktəbi" layihəsi uğurla başa çatıbEnactus Azərbaycan 2021-ci il "Yaz Məktəbi" layihəsi uğurla başa çatıb
17-18 aprel tarixlərində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Enactus Azərbaycanın həyata keçirdiyi virtual "Yaz Məktəbi" layihəsi baş tutub.
Tədbir onlayn formatda "Zoom" tətbiqi üzərindən 100-dən çox gəncin iştirakı ilə keçirilmişdir. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tələbələrlə iş üzrə meneceri Ceyran Cəfərovanın moderatorluğu ilə baş tutan tədbirin əsas məqsədi Enactus Azərbaycan komandalarının bilik və bacarıqlarının inkişaf etdirilməsi və komandaları Milli Yarışa hazırlamaqdan ibarət idi. İki günlük təlimlər boyunca peşəkar təlimçilər tərəfindən gənclərə "Data analitikası və biznes", "Ünsiyyət bacarığı və uğur", "Marketinq əsas dəyər yaratma aləti", "Biznes planın qurulması, biznes ideyalar", "Biznes ideyalar və marketinq" və  "Gənc olmaq şansdır" mövzularında təlimlər keçirilib.
Təlimlərin birinci günündə açılış mərasimindən sonra Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin üzvü və sədr müavini Nadir Adilman və Enactus Azərbaycanın ölkə üzrə proqram direktoru Orduxan Qəhrəmanzadənin video çıxışları təqdim olundu. Daha sonra isə təlimlərə start verildi. Əsəd Babayev, Nəcəf Allahverdiyev və Emiliya Əhmədova tərəfindən həyata keçirilən təlimlər tələbələr tərəfindən böyük maraqla qarşılandı. Təlimlər zamanı tələbələrə bir çox dəyərli məsləhətlər verildi ki, onların əksəriyyəti yumşaq bacarıqların inkişaf etdirilməsinin önəminə yönəlmişdi. Məsələn, Nəcəf Allahverdiyev öz çıxışı zamanı qeyd etmişdir ki, "Yaxşı qiymətlər alan tələbələr həmişə ən uğurlu olmur, çalışın digər təhsil müəssisələrində öyrədilməyən bacarıqları da inkişaf etdirin. Bunlardan ən önəmlisi özünü təqdimetmə bacarığıdır". Günün sonunda isə "Sual-Cavab" müsabiqəsi baş tutdu. 
Təlimlərin ikinci günü komandaların "Enactus onlayn sahibkarlıq müsabiqəsi" üçün hazırladığı layihə videolarının təqdimatı ilə başladı. Daha sonra isə Hüseyn Hümbətov, Şahin Səmədli və Fidan Nizamova tərəfindən keçirilən təlimlərlə davam etdi. Sonda "Sual-Cavab" və "Enactus Onlayn Sahibkarlıq" müsabiqələrinin qalibləri elan olundu və tədbir Enactus Azərbaycanın ölkə üzrə proqram direktoru Orduxan Qəhrəmanzadənin çıxışı ilə yekunlaşdı. 
Qeyd edək ki, Enactus platforması dünyanın 37 ölkəsində 1700-dən çox universitetdə 72000-dən çox tələbəni əhatə edən, sahibkarlıq fəaliyyətinin gücü ilə dünyada dayanıqlı inkişafa nail olmaq üçün tələbələri, akademik və biznes liderləri bir araya gətirən beynəlxalq təşkilatdır.  /oxu.az

Sosial       Tarix: 19 aprel 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun 2026 muharibe en son xeberler bu gun xeber.az 2026 son.xeber