Energetik içkilərdən həddindən artıq istifadə asılılıq yaradır
Son zamanlar yorğunluğu aradan qaldıran energetik içkilər daha çox satılır. Onun vurğunu olanlar da, ara-sıra dadına baxanlar da var. Bəziləri özlərini gümrah hiss etsələr də, bu içkilərin zərərinin fərqində olanlar da az deyil.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov enerji içkilərindən həddindən artıq istifadənin asılılıq yaratdığını bildirib: "Enerji içkilərinin tərkibində kofein bir stəkan kofedə olandan daha artıqdır. Kofeinin tərkibi yüksəkdir, onda şəkərin səviyyəsi də yüksək olur. Enerji içkilərinin içinə performansı artıran maddələr əlavə olunduğu üçün asılılıq yaradır. Böyrək çatışmazlığı, diabet xəstələrinin və yaşı 18-dən az olanların və hamilə qadınların ondan istifadə etməyi məsləhət deyil".
Yorğunluğu aradan qaldırmaq, itirilmiş enerjini bərpa etmək üçün belə içkilərə üstünlük verilir. Həmin içkilərin qəbulu zamanı orqanizmdə baş verənlər haqqında isə həkim bunları deyib: "Enerji içkilərinin tərkibində kofein çox olduğuna görə əvvəlcə yorğunluq hissini azaltdığı, motivasiyanı yüksəltdiyi, yuxusuzluğu aradan qaldırdığı təəssüratı yaradır. Bir müddət keçəndən sonra orqanizmdə kofeinin mənfi təsirləri özünü göstərir və yenidən yorğunluq hissi yaranır. Daha bir müddət sonra isə alışqanlıq yaranır. Bir butulka energetik içki içənlər özlərini gümrah hiss edirdilərsə, zaman keçdikcə qəbul edilən içkinin miqdarı artmağa başlayır. Artdıqca isə sinir sistemində problemlər yaranır".
Həkimin dediyinə görə, enerji içkilərinin əvəzinə immuniteti gücləndirən meyvə şirələri və su içmək daha məsləhətdir. Bununla da itirilmiş enerji bərpa olunur və yuxu rejimi qaydaya düşür.
Milli.Az /news.milli.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ