Enerji xərclərinizi "Unibank"la azaldın

Enerji xərclərinizi Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələrə illik 5% faiz dərəcəsi ilə maliyyə dəstəyi ayırır.
Kredit şərtləri
Kredit məbləği: 1 000 manatdan 10 000 000 manatadək
İllik faiz dərəcəsi: 5%
Kredit müddəti: layihənin həcmindən asılı olaraq 5 ildən 15 ilədək
Güzəşt müddəti: 6 aydan 24 ayadək
Layihənin Enerji Effektivliyi Fondunun müəyyən etdiyi uyğunluq meyarlarına cavab verməsi əsas şərtlərdən biridir.
Kimlər bu krediti götürə bilər?
fərdi yaşayış evlərinin mülkiyyətçiləri;
fiziki və hüquqi şəxslər;
mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri;
kommersiya və xidmət obyektləri;
sənaye və kənd təsərrüfatı subyektləri;
enerji təchizatçıları.
Hansı layihələr maliyyələşdirilir?
Enerji istehlakının azaldılmasına, enerji itkilərinin minimuma endirilməsinə və resurslardan daha səmərəli istifadəyə xidmət edən layihələr maliyyələşdirməyə təqdim edilə bilər.
Bu layihələrə aşağıdakılar daxildir:
istilik sistemlərinin modernləşdirilməsi;
binaların istilik izolyasiyası;
effektiv HVAC sistemlərinin tətbiqi;
yüksək effektivli işıqlandırma sistemləri;
enerji effektiv avadanlıq və cihazlar;
istilik nasoslarının tətbiqi;
ağıllı sayğac və enerji idarəetmə sistemləri;
ağıllı bina idarəetmə sistemləri;
ISO 50001 standartına uyğun enerji menecment sistemi;
günəş kollektorları;
bərpa olunan enerji mənbələri;
off-grid bərpa olunan enerji sistemləri və s.  
Unibank bu maliyyələşdirmə imkanı ilə müştərilərin enerji xərclərinin optimallaşdırılmasına, daha qənaətli texnologiyalara keçidinə və ölkədə dayanıqlı həllərin genişlənməsinə dəstək verməyi hədəfləyir.
Xatırladaq ki, "Unibank" KB ASC enerji səmərəliliyinin artırılmasına yönəlmiş təşəbbüslərin dəstəklənməsi istiqamətində Enerji Məsələlərini Tənzimləmə Agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilə çərçivəsində Unibank müvəkkil kredit təşkilatı qismində Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin təqdim edilməsini həyata keçirəcək.
Enerji effektivliyi layihənizi "Unibank"la həyata keçirin. / azxeber.com

İqtisadiyyat       Tarix: 15 sentyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub. Unibank – Sənin Bankın!. /

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler valyuta məzənnələri sonxəbər son xeberler 2026