"Əqrəb mövsümü"nün ssenaristi: "Aktyorlardan biri bu mövsümdə bizimlə deyil" - AÇIQLAMA + FOTO
"Əqrəb mövsümü"nün ssenaristi: "Aktyorlardan biri bu mövsümdə bizimlə deyil" - AÇIQLAMA + FOTO
"Əqrəb mövsümü" serialının ikinci hissəsinin artıq çəkilişlərinə başlanılıb. Bununla bağlı sosial şəbəkələrdə paylaşımlara rast gəldik. Bu mövsümdə nələr olacağı hər kəs üçün maraqlıdır.
Oxu.Az-ın əməkdaşı filmin baş prodüseri Yalçın Verdiyevlə danışıb.
Baş prodüser öncə layihənin tam adını açıqlayıb:
"Əqrəb mövsümü"nün ikinci hissəsinin tam adı "Əqrəb mövsümü: İki dünya bir olsa da"dır. Bu dəfə ssenari hər hansı bir əsərin motivləri üzərində qurulmayıb. Ssenari müəllifi Azər Aydəmirdir. Quruluşçu rejissoru Emil Quliyev, quruluşçu operatoru Məhəmməd Osmanovdur".
Y.Verdiyev çəkilişin müxtəlif məkanlarda aparıldığını qeyd edib:
"Serial Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin dəstəyi ilə ərsəyə gəlir. Çəkiliş prosesi Bakının müxtəlif məkanlarında, o cümlədən Baş Prokurorluğun bəzi obyektlərində baş tutacaq".
Ssenarist Azər Aydəmir Oxu.Az-a serialın aktyor heyəti barədə danışıb:
"Hikmət Rəhimov bu mövsüm bizimlə yoxdur. Bu haqda nə isə deyə bilmərəm. Rövşən Məmmədli, Şəlalə Şahvələdqızı, Arif Mövsümov, Emin Mirabdullayev, Həcər Ağayeva serialda önəmli şəxslərdəndir. Serialda mənim də rolum var".
A.Aydəmir qeyd edib ki, çəkilişlər ilin sonunadək aparılacaq:
"Serial bu dəfə real hadisələrin motivləri əsasında çəkilir. Çəkilişlər yanvar ayına qədər davam edəcək. Çox ümid edirik ki, 2024-cü ilin birinci yarısına qədər serial işıq üzü görəcək. Yenə də 12 seriyadan ibarətdir.
Bu dəfə süjet iki azyaşlı bacı-qardaşın müəmmalı şəkildə itməsidir. İstintaq isə motiv kimi oğurluq və digər halları ehtimal edir. Nəticədə tamaşaçı qeyri-adi bir sonluqla rastlaşacaq".
Qeyd edək ki, "Əqrəb mövsümü" 2023-cü ilin yanvarında yayımlanıb. Dram, triller və detektiv janrlarını ehtiva edən serial Ceyhun Hidayətlinin 2015-ci ildə nəşr olunmuş "Əqrəb" romanı əsasında çəkilib. Rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmirdir. İlk mövsümdə 12 seriyası yayımlanıb. Serialın çəkilişi 2021-ci ildə başa çatsa da, pandemiya səbəbindən yayımı gecikib.
Nəzrin Vahid

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR