Ərdoğan: "Biz Aİ və ŞƏT arasında seçim etməyə məcbur deyilik"
"Türkiyə Şərq və Qərblə əlaqələri eyni vaxtda inkişaf etdirmək niyyətindədir".
KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, rəsmi Ankara nə Avropa İttifaqının, nə də Şanxay Əməkdaşlıq Təşkilatının xeyrinə seçim etmək məcburiyyətində deyil:
"Türkiyə Şərqlə Qərblə əlaqələri eyni anda inkişaf etdirsə, güclü və hörmətli bir ölkə ola bilər. İstənilən başqa yol Türkiyəyə zərər verəcək. Bəzilərinin iddia etdiyi kimi biz Avropa İttifaqı və ŞƏT arasında seçim etmirik, seçim etmək məcburiyyətində də deyilik".
Qeyd edək ki, Ərdoğan NATO-nun iyul sammitindən sonra bildirib ki, Türkiyə ŞƏT-in tamhüquqlu üzvü olmaq niyyətindədir. İndi o, təşkilatda müşahidəçi statusuna malikdir.
Eyni zamanda Ankara 2005-ci ildən rəsmi olaraq Aİ-yə tamhüquqlu üzv kimi daxil olmağa çalışır.

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb