Ərdoğan böyük dəyişikliyə hazırlaşır - Bu nazirlər göndərilir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Nazirlər Kabinetində böyük dəyişikliklərə hazırlaşır.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin "Pəncərə" qəzeti məlumat yayıb.
Məlumata görə, sənaye və texnologiya naziri Mehmet Fateh Kacır vəzifəsindən azad ediləcək. Buna səbəb Çin avtomobil istehsalçısı BYD-nin Manisa əyalətində 1 milyard dollarlıq elektrik və hibrid avtomobil zavodu layihəsinin dayandırılmasıdır. Bu hadisə Türkiyə ilə marka arasında böyük böhrana səbəb olmuşdu. Kacırı bu postda Müdafiə Sənayesi Departamentinin rəhbəri Haluk Görgün əvəz edəcək.
"Türkiyənin hazırkı ətraf mühit naziri Murad Kurumun Nəqliyyat və İnfrastruktur Nazirliyinə rəhbərlik etmək üçün hazırkı nazir Abdulqadir Uraloğlunu əvəz edəcəyi gözlənilir. Bu dəyişiklik İstanbul kanalı layihəsinin həyata keçirilməsi ilə bağlı vəziyyətlə əlaqədardır", – nəşr qeyd edib.
Bundan başqa, ticarət naziri Ömər Bolat və gənclər və idman naziri Osman Aşkın Bakın da istefaya göndəriləcəyi bildirilib.

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Mərkəzi Banka yeni səlahiyyət verilir