Ərdoğan: Dünya güc hüququnun hökm sürdüyü xaos dövrünə sürüklənir
Müasir dünya kobud gücün tətbiq olunduğu və "güc hüququnun" işlədiyi xaotik bir mərhələyə sürətlə yaxınlaşır. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
KONKRET.azxəbər verir ki, Ərdoğan bildirib: "Dünyamız sürətlə kobud gücün istifadə edildiyi və güclünün haqlı sayıldığı xaotik bir dövrə sürüklənir. Qonşumuz İrana qarşı hücumlarla başlayan prosesdə biz bunun yenidən şahidi oluruq".
Türkiyə liderinin sözlərinə görə, Ankara ətraf regionla bağlı məsələlərdə heç vaxt neytral mövqe tutmayıb. O vurğulayıb ki, Türkiyə sülh və sabitliyin, ümumbəşəri dəyərlərin, ədalət və inkişafın tərəfindədir.
"Biz harada olmasından asılı olmayaraq insan həyatının qorunmasının, hüququn və həqiqətin tərəfindəyik, qətllərin, qırğınların, quldurluğun və soyqırımın yox", – deyə Ərdoğan qeyd edib.
Prezident əlavə edib ki, illər boyu qanun, insan hüquqları və azadlıqlar haqqında danışanlar bu gün həmin dəyərləri özləri görməzdən gəlir və onların pozulmasında heç bir problem görmürlər.
Natiq Səlim,
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK
Dizel bahalaşacaq, sonra ucuzlaşacaq