Ərdoğan Trampla hansı məsələləri müzakirə etmək istəyir?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-də prezident seçkilərində qalib gələn Donald Trampla Amerika qoşunlarının Suriyadan çıxarılmasını müzakirə etmək niyyətindədir.
KONKRET.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Ərdoğan bu barədə Budapeştdən geri qayıdarkən jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, yeni müddətdə Donald Trampla təmaslar davam etdiriləcək: "Bunu əvvəllər olduğu kimi telefon diplomatiyası vasitəsilə edəcəyik. Məsələn, ABŞ qoşunlarının Suriyadan çıxarılması, terrorçu Kürdüstan İşçi Partiyasına (PKK) dəstəyin dayandırılması məsələlərini dəyərləndirəcəyik".
Türkiyə lideri, həmçinin qeyd edib ki, Trampın əvvəlki prezidentliyi dövründə onunla təmaslarda problem olmayıb: "Düşünmürəm ki, bu müddətdə də problem olsun".
Xatırladaq ki, Ərdoğan noyabrın 7-də Budapeştdə Avroya Siyasi Birliyinin sammitində iştirak edib.

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi
Cəmi 3 il evli qala bildilər
Sərhəddə 40 ton dizel yanacağı müsadirə edildi
Müəmmalı ölüm: güllə yarası almış kişinin meyiti tapıldı
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Bərdədə qadın evində ölü tapıldı