Ərdoğan Trampla telefonla danışacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Ukrayna mövzusunda danışıqlar aparacağını açıqlayıb.
KONKRET.azMilli.Az-a istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Məlumata görə telefon danışığı 5 yanvar tarixində baş tutacaq.
Ərdoğan bildirib ki, danışıqlar zamanı həm Fələstin məsələsi, həm də Rusiya-Ukrayna müharibəsi müzakirə olunacaq. Türkiyə liderinin sözlərinə görə görüş regional və qlobal proseslər baxımından mühüm əhəmiyyət daşıyır.
O, həmçinin qeyd edib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Parisdə "istəklilər koalisiyası" formatı çərçivəsində keçiriləcək danışıqlarda iştirak edəcək.
Xatırladaq ki, Ərdoğan dekabrın 13-də Ukraynada sülhün yaxın olduğunu bəyan etmişdi. O, Aşqabadda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Ukraynadakı vəziyyətin müzakirə edildiyini və bu mövzuda ABŞ prezidenti Donald Trampla da fikir mübadiləsi aparmağı planlaşdırdığını demişdi.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib