Ərdoğandan Ukrayna ilə bağlı MÜHÜM GEDİŞ: Türkiyə "İstanbul-2" prosesinə start verdi

Ərdoğandan Ukrayna ilə bağlı MÜHÜM GEDİŞ: Türkiyə Artıq dünya yeni mərhələyə qədəm qoyur. Münaqişələr üzərində manipulyasiyalar başlayıb. Dünyanın bölünməsi istiqamətində proseslər fərqli məcarada davam edir. Ukrayna dalana dirənib. Daha doğurusu ABŞ oyun qaydalarını pozaraq Ukraynanı tək qoyur. Tramp Zelenskini hədələyir, Ukrayna prezidenti heç kimdən qorxmadığını bəyan edir. Bir sözlə, dünya qarışıb. İndi Zelenski Türkiyəyə pənah gətirib və bununla Trampa mesaj göndərir. Əslində dünya nizamında yaranan maraqlı situasiya yaxşı heç nə vəd etmir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi İlyas Hüseynov tərəflərin planları haqda proqnozlar səsləndirib:
Ərdoğandan Ukrayna ilə bağlı MÜHÜM GEDİŞ: Türkiyə "Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndə heyətləri arasında görüşün nəticəsi hazırda müzakirə olunur. Bir sıra məsələlər masaya yatırılıb. Rusiya tərəfinin açıqlamalarında görünür ki, müzakirə olunan mövzular Moskva və Vaşinqton arasında əlaqələrin bərpası, diplomatik münasibətlərin təsis edilməsi və bəzi başqa mövzuları əhatə edir. O cümlədən, Ukrayna ilə müharibənin dayandırılması, atəşkəsin elan olunması və mərhələli şəkildə bütün prosesin yekunu haqqında fikir mübadiləsi aparıldı və bəzi Qərb mətbuatının bildirdiyinə görə, üçmərhələli plandan söhbət gedir. Bütün bu proseslərin getdiyi bir vaxtda Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəyə üz tutudu və Ərdoğanla görüşdü. Ərdoğanın Zelenskini qrşılayarkən başnın üzərinə tutuduğu çətir bir çox mətləblərdən xəbər verir. Bu təhlükəsizlik çətiri, qarantiyalar, və digər beynəlxalq məsələlərlə bağlı mesaj idi. Artıq dünyadakı analitiklər söyləyirlər ki, Ukraynanın təhlükəsizliyinə artıq Ankara cavab verir. Lakin nəzərdən qaçırtmayaq ki, bir müddət öncə Böyük Britaniya ilə Ukrayna arasında 100 illik təhlükəsizlik xartiyası imzalanıb. Bu da ciddi sənəddir. Məhz elə bu xüsusda Fransa prezidenti Makronun təşəbbüsü ilə Aİ liderlərinin görüşündə həm də Böyük Britaniyanın baş naziri iştirak edirdi. Bu da xüsusi vurğulanmalı məsələdir.
Politoloqun sözlərinə görə, Ərdoğanın Aİ və ABŞ-la fikir ayrılığı var:
"Türkiyənin siyasi strateqləri anlayrlar ki, Aİ-nin Ukrayna məsələsində nizamlanma üzrə danışıqlar masasında iştirak etməməsi, gələcəkdə NATO-da da böyük problemlər yarada bilər. Türkiyə NATO-da ikinci böyük orduya malikdir və mühüm söz sahibidir. Yaxın Şərqdə, digər coğrafiyalarda təhlükəsizliyə zəmanət verən dövlətdir. Suriyadakı proseslər də hər kəsin gözü qarşısındadır. Lakin elə Suriya da daxil olmaqla, digər bölgələrdə Ankara ilə Vaşinqtonun mövqeləri üst-üstə düşmür. Baxmayaraq ki, NATO-da eyni cəbhədə yer alırlar. Bu baxımdan hesab edirəm ki, Ərdoğanın bu gedişləri kifayət qədər mühüm əhəmiyyətə malikdir və gələcəkdə Türkiyə ərazisində də danışıqlar keçirilə bilər. Onsuz da bu danııqlar çox effektiv idi, amma İstanbul prosesinin davam etdirilməsinə kollektiv Qərb imkan vermədi. Ukraynaya aramsız silah daşımaları bu prosesi sonlandırdı. Lakin "İstanbul-2" prosesi baş tuta bilər. Yeni reallıqlarda bu, kifayət qədər ciddi məqamdır".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 21 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az bu gun son xeber.az en son xeberler cəbhədən son xəbərlər