Ergün Kırlıkovalı Talebə məktubunda: Skeptisizminizi Vardanyanın maliyyə şəbəkəsinə yönəldin

Ergün Kırlıkovalı Talebə məktubunda: Skeptisizminizi Vardanyanın maliyyə şəbəkəsinə yönəldinTürk-amerikalı kimyaçı və polimerlər üzrə mütəxəssis Ergün Kırlıkovalı Ruben Vardanyanı dəstəkləməsi və mühazirə oxumaq üçün Bakıya gəlməkdən imtina etməsi ilə əlaqədar amerikalı risk tədqiqatçısı və esseist Nassim Nikolas Talebə açıq məktub dərc edib.
Kırlıkovalı öz məktubunda Talebin Vardanyanın qeyd-şərtsiz azad edilməsi ilə bağlı çağırışını tənqid edib.
"Mən sizə Ruben Vardanyanın həbsdə olduğu müddətdə Bakıda mühazirə oxumaqdan imtina etdiyinizi bildirdiyiniz son açıq açıqlamanızla bağlı yazıram. Karyerasını gizli maliyyə riskləri, narrativ yanlışlıqlar və sistemli "korluq" barədə dünyanı xəbərdar etməyə həsr etmiş bir müəllifin diqqətlə formalaşdırılmış bir illüziyanın təsiri altına düşməsini müşahidə etmək dərin ironiyadır. Vardanyanın maliyyə şəbəkəsinin, fəaliyyət tarixçəsinin və qəfil siyasi manevrlərinin hərtərəfli təhlili göstərir ki, onun geniş tanınan xeyriyyəçi imici məhz sizin klassik şəkildə "narrativ sipər" adlandıracağınız bir vasitədir və qanunsuz maliyyə fəaliyyətini, eləcə də geosiyasi sabitliyin pozulmasını gizlətməyə xidmət edir", - Kırlıkovalı yazıb.
Onun fikrincə, Vardanyanın 2022-ci ilin sonunda Qarabağda qəfil peyda olması regional sabitliyi pozub. Kırlıkovalı xatırladıb ki, 2026-cı ilin fevralında Bakı Hərbi Məhkəməsi Vardanyanı terrorçuluğu maliyyələşdirmə və qanunsuz silahlı birləşmələr yaratma da daxil olmaqla, müxtəlif ittihamlarla 20 il müddətinə azadlıqdan məhrum edib.
"Qlobal platformanızdan kölgə ticarəti, qeyri-qanuni qlobal maliyyələşdirmə və hərbi logistika ilə sıx bağlı olan bir oliqarxın maraqlarını qorumaq üçün silah kimi istifadə etməklə qeyri-etik mövqe tutursunuz", - məktub müəllifi Talebə müraciətində qeyd edib.
O vurğulayıb ki, Vardanyanın fəaliyyətini yalnız humanitar missiya kimi qiymətləndirmək Talebin öz yazılarında dəfələrlə xəbərdarlıq etdiyi həmin "kor zonalar"ın qurbanına çevrilmək deməkdir.
E.Kırlıkovalının fikrincə, Talebin ictimai mövqeyi həm də Ermənistan-Azərbaycan münaqişəsi qurbanlarına qarşı empatiyanın olmamasından xəbər verir.
"Əsl humanizm bizdən əziyyətlərdən qazanc götürən nüfuzlu maliyyəçilərin deyil, məcburi köçkünlərin və təcavüz qurbanlarının tərəfində olmağı tələb edir. Sizi real və ya təxəyyül məhsulu olan şəxsi rəğbətinizi bir kənara qoymağa, Vardanyanın fəaliyyət şəbəkəsini özünüzün tətbiq etdiyiniz ciddi skeptisizm meyarları ilə qiymətləndirməyə və müdafiənizin doğurduğu ciddi etik nəticələri yenidən nəzərdən keçirməyə çağırıram", - məktubda bildirilib.
Daha əvvəl N.Taleb sosial şəbəkədə Azərbaycanda mühazirə ilə çıxış etmək üçün dəvət aldığını, lakin Vardanyan həbsdə olduğu müddətdə gəlməkdən imtina etdiyini bildirmişdi. O, Vardanyanı "siyasi məhbus" adlandırıb.
Ergün Kırlıkovalı 1978-ci ildə ABŞ-yə köçüb və 1985-ci ildə aerokosmik sahə üçün polimer materialların hazırlanması üzrə ixtisaslaşan "Integrated Polymer Industries" şirkətinin əsasını qoyub. Onun sözlərinə görə, şirkət "B-2" və "F-35" təyyarələri üçün görünməzlik təmin edən xüsusi örtük materialları istehsal edib. E.Kırlıkovalı polad kimi möhkəm və polimer kimi elastik örtük yaradan yeganə şəxsdir.
///Report

Siyasi       Tarix: 06 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Trampdan İran açıqlaması: Yanvarın 1-dən sonra

Qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra onlar (İran-red) nə olacağını görəcəklər. xəbər verir ki, bunu "Foks Nyus" telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barəd

Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA

Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi, yeni iqtisadi tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlığın şaxələndirilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Xüsusilə so

Yoxsulluğa necə qalib gəlmək olar? Platonun fəlsəfəsindən "hərbi kommunizm"ə, oradan da dünya inqilabının dilinə

Bir dəfə sərvətini daim artırmağa çalışan, var-dövlət toplamaqdan ötrü narahatlıq keçirən bir insana qədim yunan filosofu Platon belə cavab vermişdi:. "Ey boş yerə çırpınan insan! Var-dövlətini artırmağa deyil, onu artırma

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 oktyab

Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 17-də Şəhidlər xiyabanını ziyarət edib. xəbər verir ki, Azərbaycanın müstəqilliy

Azərbaycanla ABŞ arasında TRIPP layihəsi müzakirə edilib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounla görüşüb və söhbət zamanı TRIPP layihəsinin əhəmiyyəti vurğulanıb. Bu barədə -a Xarici İşlə

Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanları müzakirə etdiklərini bildirib

Paşinyan parlamentdə özündən çıxdı: "Sizi siyasi bomjlara çevirəcəyik!"

Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətdəki "Güclü Ermənistan" partiyasının deputatı Anuş Mirzoyanın onu Azərbaycanın Qarabağ bölgəsində minlərlə erməni hərbçinin ölümündə ittiham etməsindən sonra özündə

Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. Söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentini


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber.az xeber.az 2026 son xeberler bugun 2026 azerbaycan butun xeberler