Erməni katalikosun Trampa ŞOK MƏKTUBU - "Əliyevə bu çağırışı etsəniz..."

Erməni katalikosun Trampa ŞOK MƏKTUBU - Böyük Kilikiya Evinin katalikosu I Aram ABŞ Prezidenti Donald Trampa seçkiqabağı təşviqat kampaniyası ilə bağlı çağırış edib.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, I Aram çağırışını xüsusi məktub vasitəsilə Trampa göndərib.
O, ABŞ prezidentindən Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan və Bakıda məhkəməsi davam edən ermənilərin azad olunmasında köməklik göstərməsini xahiş edib. I Aram müraciətində deyib ki, guya həmin şəxslərin həbsi bütün ermənilərə ağrı verir:
"Əgər siz şəxsən müdaxilə edərək Azərbaycan Prezidenti İlham Əliyevi tez bir zamanda onları azad etməyə çağırsanız, erməni xalqı çox minnətdar olardı. Belə bir addım Ermənistanla Azərbaycan arasındakı sülh prosesi üçün imkan yaradar".
Hələlik I Aramın məktubuna Tramp administrasiyasından hər hansı reaksiya yoxdur.
Qeyd edək ki, Donald Tramp təşviqat kampaniyası zamanı I Arama zəng edərək, prezident olduqdan sonra ermənilərin Qarabağa qaytarılması və Azərbaycanla Ermənistan arasında sülhün bərpası üçün addımlar atacağını demişdi. Lakin I Aramla danışdıqdan az sonra Amerika Erməniləri Milli Konqresi (ANCA) ölkədə keçiriləcək seçkilərdə ermənilərin heç bir namizədi dəstəkləməyəcəyini, çünki onların irəli sürdüyü planların ermənilərin maraqlarına cavab vermədiyini açıqlamışdı.
Hazırda Azərbaycana qarşı hərbi cinayətlər törətməkdə təqsirləndirilən keçmiş qondarma rejimin nümayəndələrinin məhkəmə prosesi davam edir. Mühakimə edilənlər sırasında Araik Arutyunyan, Ruben Vardanyan, Bako Saakyan, Arkadi Qukasyan, David Manukyan, Levon Mnatsakanyan və digərləri var.
Onu da xatırladaq ki, I Aram Qərbdəki erməni diasporunun üzvləri arasında ən nüfuzlu dini xadim sayılır.

Siyasi       Tarix: 08 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberler cəbhədən ən son xəbər xəbər az krimnal bugun