Ermənistan aktivləşdi: Gənzə niyə atəşə tutuldu? – Sensasion AÇIQLAMA

Ermənistan aktivləşdi: Gənzə niyə atəşə tutuldu? – Sensasion AÇIQLAMAABŞ-Rusiya rəqabətinin Cənubi Qafqaz raundunda aktivləşmə var. Rəsmi Vaşinqton Kremlin başının Ukrayna ilə müharibəyə qarışmasından istifadə edərək, regionda həm hərbi varlığını artırır, həm də Ermənistandakı Rusiya təsirini qırmağa çalışır.
Misal üçün "Flightradar" qlobal uçuş izləmə xidmətinin məlumatına görə, avqustun 2-si və 3-də ABŞ-ın Rumıniya və Qətərdəki bazalarından iki hərbi təyyarə Ermənistanın Zvartnots hava limanına uçub.
KONKRET.az caliber-ə istinadən xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinə məxsus "Boeing C-17" hərbi nəqliyyat təyyarələrində Ermənistan Silahlı Qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlar – snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli zirehli texnika gətirilib. Bundan başqa Ermənistan xüsusi təyinatlıları üçün ABŞ ordusunda istifadə edilən mini-hücum pilotsuz təyyarələri, kiçik ölçülü minalar və digər döyüş sursatları da bura daxildir.
Digər diqqətçəkən məqam isə hərbi yükdən əlavə, ABŞ ordusunun 50 nəfərədək şəxsi heyətinin Ermənistana gəlməsidir. "Caliber"in məlumatında qeyd olunur ki, onların əksəriyyəti Amerika ordusunda xidmət edən erməni əsilli ABŞ vətəndaşlarıdır: postsovet ölkələrindən ABŞ-a köçmüş slavyan və qafqazlı insanlardan ibarət şəxsi heyət Ermənistan Silahlı Qüvvələrinin geyim forması ilə təchiz olunub və  Zəngəzurdakı hərbi bazada yerləşdirilib.
Göründüyü kimi, rəsmi Vaşinqton Rusiyanın Ukrayna ilə müharibəyə başının qarışmasından istifadə edərək Ermənistanda hərbi varlığını artırır. Aydın məsələdir ki, nə Ermənistan rus qoşunlarını birdəfəyə ölkədən çıxara, nə ABŞ bu istiqamətdə Ermənistana tam dəstək verə bilər, nə də Rusiya mövcud durumla barışar. Buna görə də ABŞ daha ağıllı strategiya yürüdərək Ermənistanda hərbi varlığını tədricən artırır. Bu proses böyük ehtimalla Ermənistanda ABŞ və Rusiya hərbi gücü balanslaşana qədər davam edəcək.
Aydın məsələdir ki, Rusiya ABŞ-ın nə etdiyinin fərqindədir. Bununla belə, prosesin qarşısını almaq üçün radikal addım atmır. Bunun üç əsas səbəbi var:
Birincisi, Rusiya Ermənistanı tam itirməmək üçün ABŞ-la bağlı narahatlığını İrəvana radikal formada demir;
İkincisi, Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışıb və Ermənistana diqqət ayıra bilmir;
Üçüncüsü, ABŞ-ın Ermənistandakı hərbi varlığı hələlik Rusiya ilə eyni ölçüdə deyil.
Lakin Kreml məsələyə səssiz də qalmır. Ənənəvi rıçağı olan Ermənistan-Azərbaycan münaqişəsindən istifadə edərək tərəfləri qarşı-qarşıya gətirməyə çalışır. Misal üçün, avqustun 15-16-sı Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi və Sədərək rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı bölmələri tərəfindən atəşə tutulub. Bu və bu kimi təxribatlar adətən Kremlin təlimatı ilə Ermənistan ordusunun daxilindəki "5-ci kolon" tərəfindən həyata keçirilir. Rusiya bu yolla şərti dövlət sərhədində gərginliyi artırıb, həm sülh prosesinə mane olmağa, həm də Ermənistana narahatlığını göstərməyə çalışır.
Azərbaycan regionda baş verən prosesləri yaxından izləyir. Son günlər təmkinli mövqeyin səbəbi də budur. Bakı İrəvanla sülh prosesinin davamlı və nəticəli olmasında maraqlıdır. ABŞ-Rusiya rəqabətinin sülhə zərər verməməsi üçün proseslərə təmkinli yanaşırıq. Bakı və İrəvan arasında gizli danışıqlar da məhz bu səbəbdən aparılır. Mövcud vəziyyəti nəzərə aldıqda demək olar ki, yaxın zamanlarda yeni təxribatların olması istisna deyil.

Siyasi       Tarix: 16 avqust 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber az son xeberler 2026 xeber.az son xeberler cəbhədən son xəbərlər