Ermənistan Gürcüstanın işğal olunmuş bölgəsindən Azərbaycan hərbçilərini atəşə tutmağa hazırlaşır

Ermənistan Gürcüstanın işğal olunmuş bölgəsindən Azərbaycan hərbçilərini atəşə tutmağa hazırlaşırErmənistan Gürcüstanın işğal olunmuş bölgəsindən Azərbaycan hərbçilərini atəşə tutmağa hazırlaşır
Artıq otuz ildir ki, Ermənistan qanunsuz olaraq Gürcüstan ərazisini zəbt edərək, bu əraziləri öz hərbi hissəsinə çevirib. Öz cinayətkar işğalçılıq fəaliyyətini dünya ictimaiyyətindən gizlətməyə çalışan Yerevan, KİV-ə dezinformasiya verərək Bakı və Tiflisi bir-birinə qarşı qoymağa çalışır.
Bu barədə gürcü internet portalı "Kafkaz plyus" da "Ermənistan Gürcüstan torpaqlarını işğal edərək, separatçılıq edir" başlığı ilə məqalə yazılıb. Gürcü KİV-i, siyasətçi və ekspertləri uzun illərdir, dünya ictimaiyyətinin nəzərlərini Ermənistanın Gürcüstana qarşı bitməyən separat mövqeyinə yönəltməyə çalışır.
Azərbaycan torpaqlarının 20 faizini işğal edən, eyni zamanda öz ərazisində yaşayan azərbaycanlıları deportasiya edən və bununla da bir milyondan çox qaçqın və məcburi köçkününün yaranmasına səbəb olan Ermənistan, digər qonşuları, Gürcüstan, Türkiyə, İran, Rusiyaya qarşı da ərazi iddiaları qaldırmaqdan əl çəkmir.
Ermənistan Azərbaycana məxsus olan Naxçıvan, gürcülərə məxsus olan Javaxetiya, türklərə məxsus olan Van, Ərzurum, Qars, İğdır, ruslara məxsus Krasnodar, Sevastopol, Krımın bir hissəsi (ermənilər buranı "Ermənistan sahili" adlandırırlar), İranın Türkiyə və Qafqazla sərhəd (Yerevan buranı "fars Ermənistanı" adlandırır) əraziləri də "özününkü" adlandırır və işğal etmək niyyətindədir.
Son zamanlar erməni jurnalistləri xüsusi canfəşanlıqla Bakı ilə Tiflisin arasını vurmağa çalışırlar. Onlar Azərbaycanın Gürcüstan "ərazisinə qoşun yeridərək", ərazilərini işğal etməsi ilə bağlı yalan məlumat yayırlar. Ermənilər tərəfindən uydurulmuş bu mif yuxarıda daha öncə qeyd etdiyimiz "Kafkaz plyus" portalında yazılıb. Yazıda müəlliflər əsasən Ermənistanın işğal etdikləri gürcü torpaqları ilə bağlı mövzu ətrafında fırlanırlar. Qeyd olunur ki, SSRİ dağıldıqdan sonra Ermənistan dəfələrlə qanunsuz olaraq Gürcüstanla sərhəd ərazilərdəki torpaqlarını gürcü torpaqları hesabına genişləndirib.
Azərbaycanın öz mövqelərini şimala doğru möhkəmləndirərək Gürcüstan ərazisinə keçib. Mövcud peyk görüntülərinə görə, Azərbaycan 2019-cu ilin aprelində bu yeni zirvəni nəzarətə götürüb. Azərbaycan rəsmiləri mövqeləri barədə dəqiq izahat verməsələr də, bəzi rus kütləvi informasiya vasitələri son strateji hərəkətlər nəticəsində Gürcüstan ərazisinin pozulduğunu yazıblar.
"Kafkaz Plyus" əlavə edir: "Maraqlıdır ki, erməni qoşunları qanunsuz olaraq Gürcüstan sərhədini "hərəkət etdirəndə" erməni təbliğatçıları narahat olmamışdı. Azərbaycan sərhədçiləri 16 avqustda Ermənistan-Azərbaycan sərhədində strateji bir yüksəkliyi ələ keçirməmişdilər və erməni hərbçiləri Babakyar dağının Gürcüstana aid hissəsində yerləşmişdilər, onda Azərbaycan ordusunun "nəzarətində" deyildilər. Sonradan erməni hərbçiləri tələsik Gürcüstan ərazisini tərk etmişdilər.
Azərbaycan sərhədçiləri Gürcüstanın beynəlxalq səviyyədə tanınan sərhədini bir metr də olsun pozmayıblar. Buna baxmayaraq, erməni təxribatçıları beynəlxalq KİV-lərə sifarişli dezinformasiyalar ötürürlər. Gürcü-erməni sərhədinin demarkasiya və delimitasiya prosesi ermənilərin günahı üzündən aparılmayıb. Bundan istifadə edən Ermənistan Gürcüstanın üç tərəfindən olan ərazilərini özlərinə "hədiyyə" edir.
Rasim Babayev /oxu.az

Siyasi       Tarix: 09 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Keçmiş kansler Şröderİn Rusiya ilə daha bir bağlılığı üzə çıxdı

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Globus hipermarket şəbəkəsinin Rusiyadakı bölməsində çalışmağa başlayıb. xəbər verir ki, bu barədə RBK rusiyalı "Hiperqlobus" MMC-nin nümayəndəsinə istinadən məlumat verib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d


yeni xeberler azerbaycan xeberleri son xeberler ensonxeberler kriminal xeber valyuta mezennesi banklar cəbhədən son xəbərlər 2026