Ermənistan KTMT-dən çıxarsa hansı təhlükə ilə üzləşə bilər? - Erməni ekspertlərin narahatlığı

Ermənistan KTMT-dən çıxarsa hansı təhlükə ilə üzləşə bilər? - Erməni ekspertlərin narahatlığı"KTMT-dən çıxmaqla Ermənistan hansı zəmanətləri alacaq? ABŞ, Fransa və ya NATO hansı yardımı göstərə bilər?" Bu sual   Ermənistanda hər kəsi düşündürür və ermənilərin əksəriyyəti Rusiyadan qopmağın tərəfdarı deyil.  Əgər Ermənistan Rusiyanın təsir zonasından çıxsa Qərbin dəstəyini necə alacaq?
Erməni siyasi ekspertlər məhz Qərbin onları aldadacağından narahatdırlar. Təhlükəsizlik və hərbi məsələlər üzrə ekspert Hayk Nahapetyan hesab edir ki, Paşinyanın "KTMT Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsi və Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında" sənədləri imzalamaması çox böyük səhvdir:
"Hazırda hesab edirəm ki, imzalanmaq üçün təqdim edilmiş həmin  layihə kifayət qədər yekunlaşdırılmayıb.  Bir neçə gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsinin mümkünlüyünü açıqlamışdı . Onun sözlərinə görə , Rusiya Zaxarova vasitəsilə bir daha erməni tərəfini xəbərdar edir ki, İrəvanın  münasibəti Ermənistanı KTMT-dən çıxarmaq təhlükəsi ilə doludur: "Nikol Paşinyan indi bu yoldadır, son 2-2,5 ildə Rusiya  Ermənistan  hakimiyyətinin bəyanatlarına sərt reaksiya verməyib. Lakin Paşinyan KTMT ilə əməkdaşlığı dayandırdıqlarını  bəyan edəndə Rusiya Ermənistana sonuncu xəbərdarlığı etmək qərarına gəlib".
Ekspert xatırladıb ki, Ermənistanla Azərbaycan arasında heç bir demarkasiya və delimitasiya prosesi getmədiyi vaxtlarda sərhədə KTMT sülhməramlılarının və müşahidəçilərinin yerləşdirilməsi təklif edilirdi. Ermənistan bundan imtina etdi və Aİ-nin müşahidə missiyasını Ermənistana gətirdi:
"Hərbi əməliyyatlar olarsa, KTMT çətiri altında olan ölkələr bizə dəstək verəcək. Amma  KTMT-dən çıxmaqla Ermənistana ABŞ, Fransa və ya NATO  hansı hərbi yardımı göstərə bilər? Əvvəla, maddi-texniki baxımdan buna imkan yoxdur. Əgər biz o strukturdan məhrum olsaq, Azərbaycan əlverişli geosiyasi vəziyyətdən məharətlə istifadə edib  İrəvana kimi gələ bilər.  Suriyanın süqutunu nəzərə alın, bundan sonra İran faktiki hədəfə çevrilir, NATO, ABŞ, Türkiyə və İsrail İrana qarşı ciddi hərbi əməliyyatlara hazırlaşır. Azərbaycanın  Zəngəzur dəhlizini  tutmasına heç kim  mane ola bilməyəcək. Bununla da Azərbaycan ordusu Cermukdan Arazdəyənə qədər maneəsiz irəlləyəcək.  Ola bilsin ki, Nikol Paşinyana Amerikanın müəyyən hərbi vədləri olub ki, Ermənistana belə bir hücum olmayacaq. Suriya ilə paralellər aparaq və biz bu vədlərin boş olduğunu görəcəyik".  Hayk Nahapetyan əmindir ki, bu gün Ermənistan üçün yeganə təminat KTMT və Ermənistanda yerləşən 102-ci hərbi bazadır. Bunlardan da Nikol Paşinyan yaxa qurtarmaq istəyir: "Bir daha deyirəm, Ermənistan İrana qarşı hərbi əməliyyatlara başlamaq üçün hərbi teatra çevrilə bilər. KTMT və 102-ci hərbi baza İrana hücum edənlərə mane olacaq. Ola bilsin Paşinyan Qərbə söz verib ki, onların İrana qarşı fəaliyyətlərini genişləndirmələrinə şərait yaradacaq".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 14 dekabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən görüntülər xeberler az son xeberler bugun 2026 muharibe xeber.az