Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir

Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyirErmənistan hökuməti ölkə ərazisində həyata keçirilməsi nəzərdə tutulan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (Trump Route for International Peace and Prosperity – TRIPP) layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişini Konstitusiya Məhkəməsinə təqdim edib.
KONKRET.azMusavat.com-a istinadən xəbər verir ki, bu barədə erməni mediası xəbər yayıb.
Xatırladaq ki, 2026-cı il iyunun 4-də Ermənistan və ABŞ TRIPP layihəsinin Ermənistan hissəsinin həyata keçirilməsi ilə bağlı strateji əməkdaşlıq haqqında çərçivə sazişi imzalayıblar. Layihənin əsası isə 2025-ci ilin avqustunda qoyulub. Həmin vaxt Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyev birgə bəyannamə imzalayaraq, İrəvanın Vaşinqton və digər tərəfdaşlarla birlikdə TRIPP layihəsinin hüquqi və institusional əsaslarının formalaşdırılması istiqamətində fəaliyyət göstərəcəyini bəyan etmişdilər. TRIPP çərçivəsində avtomobil və dəmir yolu xətlərinin, eləcə də neft-qaz infrastrukturunun yaradılması nəzərdə tutulur.
Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyirLayihəyə əsasən, Azərbaycanın əsas hissəsi Ermənistan ərazisindən keçən 42 kilometrlik marşrut vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə birləşdiriləcək, daha sonra isə nəqliyyat dəhlizi Türkiyəyə qədər uzanacaq. Bu ilin may ayında ABŞ-ın mühəndislik və konsaltinq şirkəti AECOM layihənin həyata keçiriləcəyi ərazidə ilkin texniki araşdırmalara başlayıb. Şirkətin mütəxəssisləri ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiyalar üzrə Tərəfdaşlıq Fondu adından İrəvana gələrək marşrutun texniki qiymətləndirilməsi və layihələndirmə işlərinə start veriblər. 
Erməni müxalifəti isə "Tramp yolu"na qarşı çıxır. Müxalifət hesab edir ki, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək marşrut Ermənistanın Sünik vilayəti üzərində İrəvanın real nəzarətini zəiflədə bilər. Onların fikrincə, layihədə xarici operatorların və ya beynəlxalq idarəetmə mexanizmlərinin iştirakı ölkənin suverenliyinə risk yaradır. Müxalifət onu da iddia edir ki, layihə Azərbaycanın Türkiyə ilə quru əlaqəsini təmin etməklə Bakının iqtisadi və strateji üstünlüyünü daha da artıracaq. Bu isə Ermənistanın regional danışıqlardakı mövqeyini zəiflədə bilər. Layihənin ABŞ-ın dəstəyi və Amerika şirkətlərinin iştirakı ilə həyata keçirilməsi müxalifətin bir hissəsi tərəfindən Ermənistanın xarici təsirlərdən daha çox asılı vəziyyətə düşməsi kimi qiymətləndirilir. Ermənistan hökuməti bu səbəbdən KM qərarını vacib sayıb.  i
Yeri gəlmişkən, Azərbaycan Milli Məclisi  "Tramp yolu" ilə bağlı sazişi hələ ratifikasiya etməyib. ABŞ Dövlət Departamenti isə Zəngəur dəhlizində həyata keçiriləcək tikinti işləri üçün yaradılan "Tripp+ Enterprise Fund" fonduna Rusiya əsilli amerikalı investor Konstantin Sokolov rəhbər təyin edib. 

Siyasi       Tarix: 17 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler az cəbhədən son görüntülər ən son xəbərlər cəbhədən görüntüleri