Ermənistan ordusunun bu mövqeyi darmadağın edilməlidir
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 15-16-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası (Sədərək və Ordubad) istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Sülh müzakirələrinin getdiyi bir vaxtda rəsmi İrəvanın yenidən təxribata əl atması diqqət çəkir.
KONKRET.azxəbər verir ki,Ermənistan ordusunun ardıcıl təxribatlarının səbəbi nədir, hansı proses gedir?
Mövzu ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, İrəvan ABŞ-ın Ermənistana hərbi dəstək verməsi fonunda Azərbaycana qarşı intensiv təxribatlara başlayıb:
"Bildiyiniz kimi, ABŞ-dan Ermənistana hərbi təyyarələr gəlib. Buradakı hərbi yüklərin Zəngəzurdakı bazaya yerləşdirilməsi haqda iddialar var. Hətta amerikalı zabitlər erməni hərbçilərinə təlimlər keçir, onları hazırlaşdırır.
Lakin Azərbaycan Ordusu üçün bu təxribatların kimin tərəfindən, niyə törədilməsinin əhəmiyyəti yoxdur. Ordumuz bu cür təxribatlara hələ ki adekvat cavab verir. Təxribatlar genişlənərsə, Ermənistan hərbi mövqelərinə kifayət qədər sərt cavab zərbəsi endirilə bilər. Belə olan halda düşmən növbəti dəfə atəş açmaq istəyərkən daha dərindən düşünəcək.
Görünür, 44 günlük müharibədən lazımi dərsi çıxarmayan Ermənistan hələ də yalnız güc yolundan anlayır".
Ekspert qeyd edib ki, təxribatlar davam edərsə, Ermənistanın atəş açan mövqeləri Azərbaycan Ordusu tərəfindən darmadağın edilməlidir:
"Həmin mövqelər bizim üçün əhəmiyyət daşıyırsa, orada Azərbaycan bayrağı qaldırılmalı, mühəndis-istehkam işləri aparılmalıdır"./Globalinfo.az

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar