"Ermənistan Rusiya-Ukrayna münaqişəsinin tərəfinə çevrilir" - Marukyan
"Biz Rusiya-Ukrayna münaqişəsinin tərəfinə çevrilirik".
KONKRET.az xəbər verir ki, bunu "Parlaq Ermənistan" partiyasının lideri Edmon Marukyan Berlində başlayan Ukraynanın bərpası üzrə konfransda Ermənistanın xarici işlər nazirinin müavini səviyyəsində təmsil olunması barədə danışarkən deyib.
"Son vaxtlar Ermənistanda Ukraynanı "uğur hekayəsi" kimi təqdim etməyə cəhdlər edildiyini görürük. Müxtəlif siyasi qüvvələr, ekspertlər buna çalışırlar. Bəs görəsən, Ermənistanın Ukraynanın bərpası ilə bağlı konfransa nə dəxli var? Əgər hələ də Rusiyanın bu regionda strateji tərəfdaşıyıqsa bizim orada nə işimiz var?", – deyə Marukyan sual edib.
Marukyanın fikrincə, Ermənistan tərəfi belə addımlarla ölkə iqtisadiyyatına zərbə vura bilər:
"Baş nazir Moskvaya gedib və xahiş edib ki, Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində qalmağa davam etsinlər. Biz isə Rusiyanın düşməni olan Ukraynanın bərpası ilə bağlı konfransa gedirik. Biz Rusiya-Ukrayna münaqişəsinin tərəfinə çevrilirik", – deyə Marukyan əlavə edib.
Günel Mikayılova,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
İlyas Yalçıntaş sərbəst buraxıldı
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
"Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu