Ermənistan sərhəddə ikitərəfli təxribat törətdi – "İtkilər olmasa…"
Son zamanlar Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə müxtəlif təxribatlara əl atır. Mövqelərimizin atəşə tutulmasına və erməni PUA-larının sərhəddə müşahidə aparmaq cəhdinə adekvat cavab verilsə də, rəsmi Bakı təmkinini qoruyur, cəza tədbirinə əl atmır. Paralel olaraq Ermənistanın Zəngəzurda hərbi mövcudluğunu artırması haqda xəbərlər yayılır.
Bakı prosesə niyə təmkinli yanaşır?
KONKRET.azxəbər verir ki,mövzu ilə bağlı danışan politoloq Fərhad Məmmədov deyib ki, hazırda Azərbaycan Ermənistanla danışıqlar aparır:
"Cənubi Qafqazda sülhün bərqərar olunması Azərbaycanın marağındadır. Rəsmi İrəvan isə xislətindən vaz keçmir. Törədilən təxribatlar fonunda itki olmadığı halda Azərbaycanın Ermənistana təmkinli yanaşması normaldır.
Digər tərəfdən, rəsmi İrəvan Bakının müharibəyə başlamaq istəməsi ilə bağlı dezinformasiya da yaydığı üçün Azərbaycan məsələyə bir qədər sakit yanaşır. Lakin öz növbəsində atılan hər təxribatçı addıma adekvat cavab verilir və lazımi tədbirlər görülür".
Politoloq qeyd edib ki, COP29 ərəfəsində region ətrafında da bəzi qeyri-müəyyənliklər var:
"Ona görə də Ermənistanın arzuladığı kimi eskalasiyanın yaranması Azərbaycanın marağında deyil. Bunun baş verməməsi üçün maksimum səviyyədə təmkinini qoruyur"./Globalinfo.az

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar