Ermənistana qazanc, Türkiyə üçün geri addım: Ankara-İrəvan yaxınlaşmasındakı qəribəliklər

Ermənistana qazanc, Türkiyə üçün geri addım: Ankara-İrəvan yaxınlaşmasındakı qəribəliklərKONKRET.az xəbər verir ki, Moderator.az ötən ilin son günündə turkishnews.com/tr/ saytında professor-doktor Ələddin Yalçınkayanın Türkiyə-Ermənistan münasibətlərinə həsr olunmuş məqaləsini təqdim etməklə iki ölkə arasında yarana biləcək mümkün münasibətlərin bəzi narahatedici məqamlarını diqqətinizə çatdırır.
"Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini elan edən Türk cümhuriyətləri kimi Ermənistanı da ilk tanıyan dövlətlərdən biri Türkiyə olmuşdur. Ermənistan müstəqillik deklarasiyası ilə Türkiyəyə savaş açmış, Qərbi Ermənistanı  (Şərqi Anadolu) ölkəsinin ayrılmaz parçası olduğunu duyurmuşdur. Müstəqillik həyəcanı ilə bunun keçici olması gözlənilirkən, 1995 Ermənistan Konstitutsiyası giriş hissəsində "Müstəqillik Deklarasiyasını Konstitutsiyanın bir hissəsi olaraq qəbul etmiş, başqa düşməncəsinə maddələr sərgilənmişdir. Qonşu torpağına doğrudan hüquqi iddia etmək, savaş vəziyyəti anlamına gəlməktədir. Sərhəd müəyyənləşməsi ayrı bir mövzudur. Başqa ölkə torpağını öz ölkəsi saymaq radikal bir partiya proqramında və ya irredentist bir yazarın kitablarında yer ala bilir. Ancaq ölkənin Konstitusiyasında belə bir maddə varsa, hər vətandaşını ona bağlayan bir durum əsas məsələdir.
Ermənistanın Azərbaycan torpaqlarını işgal etməsi, beynəlxalq hüququn qadağan etdiyi bir hərəkət idi. Bu müddətdə Türkiyə, Ermənistan ilə diplomatik ilişkilər qurmadı, sərhəd qapılarını və rabitə xətlərini bağladı. Ermənistandan qarşılıq olmadan 2004-də hava əlaqəsinin açılması yanlış qərar idi. Türkiyə, bu addımıyla Ermənistanın düşmənçilik siyasətinə son verəcəyini gözlərkən baş naziri xalqına bir az daha səbr etmələrini, Türkiyənin bütün tələblərini yaxında qəbul edəcəyini söyləmişdi. Ankara baxışından eyni xəyal qırıqlığının günümüzdə də yaşanması üçün olduqca uygun zəmin yaranmışdır.
Ermənistan, Qarabağ savaşında yenilmiş, hazırda Rusiya nəzarətindəki Xankəndi və Laçın dəhlizi xaricində işgal etdiyi torpaqlardan çıxarılmışdır. On minlərlə Azərbaycan vətandaşının qatili, soyqırımçı, 27 il boyunca ölkənin beşdə birinin işgalçısı və diğər verdiyi zərərlərdən başqa yüklü bir təzminat ödəməklə mükəlləfdir. Məsələn, İrak, bir neçə ay işgal və təxribat üzündən Küveytə 52 milyard dollarlıq təzminatın son faizini yeni ödəmişdir.  Qeyd etməliyik ki, İrakın Küveytdə səbəb olduğu can və mal itkisi, Ermənistanın Azərbaycanda törətdiklərinin yanında heç nədir. Bakının təzminat məsələsində çalışmalarının davam etməsinə rəğmən bir il sonra belə ödənişin ortaya qoyulmaması, beynəlxalq hüquq əsasında çalışmaların başlanmaması doğru deyildir. Müzakirəsi aparılan Zəngəzur dəhlizi və ətrafı, Laçın dəhlizinin qətiyyən məqsədəuyğun olmayan vəziyyəti, zərərlərin təzminatı olaraq hələ də danışıqların predmetidir. Çünki Xankəndi və Laçın dəhlizi zatən qanunda olduğu kimi cəbhədə də qazanmış olan Azərbaycanın toprağıdır.
Qarşımızda bir çox baxımdan günahkar, məğlub və tükənmiş olduğu halda soyqırım iftiraçısı və yayılmacı hədəflərində ısrarlı bir Ermənistan varkən, Türkiyənin normallaşma qərarı alması təəccüblüdür, yanlışdan artıq ağır zərbədir. Ermənistanın düşmənçilik aparmasından geri addım atdığına və ya belə bir müddəti başlatdığına dair işarə hələ də bilinməməktədir. Bu şərtlər altında Türkiyənin geri addım atması, 2004-də Ermənistan baş nazirinin dediyi kimi, bütün düşmənçilik əməllərini qəbul edəcəyi anlamına gəlməktədir.
Ermənistanı sadəcə zavallı əhalisi, iqtisadiyyatı və coğrafiyası ilə hesaba qatmaq səhvdir. Bu mənada  İsrail və ya Yunanıstan kimi. XIX-cu yüzillikdən günümüzə Rusiya və Qərbin strategiyası diqqətə alındığında bu gerçəklik daha yaxşı anlaşılır. Sadəcə, əsgər və ya təyyarə sayı ilə edilən hesablar, bunlara əsaslanan gəflət dərəcəsindəki yumşaqlıq və saymazlığın ödənişi ağır ola bilir, olmuşdur. Eyni ilə adalar və çevrəsindəki suların önəmli bir hissəsinin Yunan nəzarətinə buraxılması kimi.
2005-də ermənilərin masadan qaçdığı Vyana Türk-Erməni platformasından məsələn, Beynəlxalq əlaqələr sonuncu kurs tələbələrinin  çoxu məlumatsızdı. Hər cür iftira və qara təbliğata davam etməsinə qarşı tarixlə üzləşmə mövzusunda Ermənistanın geri addım atdığı heç bilinmir. Hər dəfə Ermənistanın masadan qaçqığından xəbərsizdir.
Uzun müzakirələrdən sonra imzalanan 2009 Protokolu, önəmli bir fürsət olduğu halda Ermənistanı idarə edənlər bunu cırıb atdı. Halbuki, bu müddətdə Türkiyə də bir çox güzəşt etmiş idi. Ancak bunları yetərli saymayan, 1915-ə gedən müddətdə olduğu kimi Qarabağ torpaqlarında da soyqırımçı və savaş suçlusu Ermənistan yönətimi, teror və tanıma qəzəbindən sonra təzminat və torpaq  istəməktədir.
1993-dən günümüzə qədər hər zaman işgalı daha da genişlətmək üçün əsgərləri və mülki  insanları qətl edən İrəvan yönətimi, saldırqan iddialarından heç bir zaman vaz geçmədiyini hər fürsətdə bəyan etmişdir. Şübhəsiz bu işdə Rusiya qədər Fransa, ABŞ və diğər qərb ölkələrin önəmli payı vardır. Qərb ilə ilişkiləri daha çox pozmamaq üçün mövcud gerçəkləri yox saymaq, yaxın tarixdən xəbərsiz olmaq deməkdir. İqtisadi və siyasi baxımdan küncə sıxışan Türkiyə və Azərbaycanın Ermənistana verəcəyi hər güzəşt, yeni basqı zəminləri yaradacaqdır.
Bir ölkə ilə diplomatik əlaqələrin qurulmasının ön şərti qarşılıqlı olaraq sərhədlərin tanınması, dostluq və işbirliyi əhatəsində rəsmi anlaşma olmasıdır. Əğər mövzu dövlət sərhəd qonşunuzun ölkənizin torpaqlarında gözü varsa, bu ön şərt olmazsa olmazdır. İrəvan ilə normallaşma müddətinin başladığı, bu razılaşmada xüsusi təmsilçi göndərildiyi məlumatının ictimaiyyətlə paylaşılması, Ermənistan üçün qazanc olub, Türkiyə üçün geri addım deməkdir.
Bu müddətdə Azərbaycan ilə işbirliyi içində olmaq mütləqdir.  Çünki eyni günlərdə Ermənistanı ziyarət edən fransız heyət hələ də Rusiya nəzarətindəki  Xankəndinə də getmiş, Bakı yönətimi isə buna etiraz etmişdir. Atəşkəsi Ermənistan dəfələrlə pozmuş, çatışmalarda bir çox Türk (azərbaycanlı) əsgəri şəhid olmuşdur. Bu şərtlər altında normal münasibətlər qurmaq, Ermənistanın anormal siyasətini müdafiə etmək, hətta təşviq etmək deməkdir. Azərbaycan ziyalısı Türkiyənin bu addımını şaşqınlıqla qarşılamaqda, Ankaranı tarixdən dərs almağa çağırmaqdadır.

Siyasi       Tarix: 02 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır

Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır, bütün Azərbaycan xalqı üçün bayramdır. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərin

Türk bölgəsini ayağa qaldıran qadağa: Rusiya və türk ölkələri hərəkətə keçə bilər

Moldova Konstitusiya Məhkəməsi Qaqauziyanın seçkilər təşkil etmək və təhlükəsizlik qurumlarının yüksək vəzifəli rəhbərlərini təyin etmək səlahiyyətlərini ləğv edib. Məhkəmə Qaqauziyanın xüsusi hüquqi statusunu tənzimləyə

Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Xocavəndin Quzeyxırman kəndində sakinlərlə görüşündə 44 günlük Vətən Müharibəsi ilə bağlı çıxışını əks etdirən video paylaşılıb. xəbər verir ki, videod

Sahibə Qafarova Bob Bləkmənlə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 13-də Britaniya Parlamentinin üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələ

32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olub. xəbər verir ki, dövlət başçısına burada Quzeyxırman və Güneyxırman kəndlərində fərdi evlərin və infrastrukturun bərpas

NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur

Əməkdar jurnalist Faiq Hüsiyev. NATO sammitinə sözardı. Qardaş Türkiyədə 7-8 iyul tarixlərində baş tutmuş, sayca 36-cı NATO sammitinin sonu ABŞ-ın İrana raket zərbəsi endirməsi və futbol üzrə Dünya Çempionatının 1/4 mərhələsini

Vüqar Mustafayevlə Selçuk Bayraktar görüşüblər - FOTO

İyulun 9-da müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin "Baykar" şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar və Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfir

İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq

Prezident İlham Əliyev Azərbaycanı istəməyən qüvvələrin heç vaxt əl çəkməyəcəyini deyib və bu mübarizənin daimi olacağını bəyan edib. Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidə

Artıq əlilliyi olmayanlar da sığorta ödənişi ala biləcək: Daha nələr dəyişir?

Milli Məclisin plenar iclasında "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanuna təklif edilən dəyişikliklər birinc


son xeberler azerbaycan xeberleri yeni xeberler cebheden xeberler son.xeber cəbhədən yeni xəbərlər cəbhədən görüntüleri