Ermənistandan ardıcıl təxribatlar: Tanklar hərəkətləndi, atəş açıldı – Nə baş verir?

Ermənistandan ardıcıl təxribatlar: Tanklar hərəkətləndi, atəş açıldı – Nə baş verir?Ermənistan silahlı qüvvələri növbəti dəfə Naxçıvanı atəşə tutub. Bundan başqa, erməni ordusu Zəngəzurda hərbi varlığını artırır. "Bez Tormozov"un yaydığı görüntülərdə Ermənistanın Qafana hərbi texnika, xüsusən tank və BTR-lər cəlb etməsi, mövqelər və hərbi hissə yaratması əks olunub.
Proses nədən xəbər verir? Ermənistan yeni eskalasiyaya hazırlaşır?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi, delimitasiya prosesi ilə bağlı məsələlər gündəmə gətirilsə də, iki ölkə arasında gərginlik olduğu kimi davam edir:
"Ermənistan sərhəd ərazilərə hərbi birləşmələr yerləşdirməyə başlayıb. Dərinləşdirilmiş müdafiə xətləri, raketlər, artilleriyalar əraziyə yerləşdirilir, bunkerlər tikirlər. Erməni siyasətçilər daima Azərbaycanın Ermənistana zərbə endirəcəyini, iki ölkə arasında sülh müqaviləsinin imzalanmayacağını iddia edirlər. İnformasiya müharibəsi ilə bütün dünyanı bu yalana inandırmağa çalışırlar. Azərbaycan eskalasiyada, gərginlikdə maraqlı deyil.
Bunu Ermənistanın da istədiyini düşünmürəm. Lakin bu gərginliyin olması üçün əlindən gələni edən qüvvələr var. Regionda gərginlik qaçılmaz görünür. Əslində bu, Rusiya-Ukrayna müharibəsində tərəf olan qüvvələrin Cənubi Qafqazda toqquşmasıdır. Həmin gərginlik siyasi baxımdan xeyli zamandır davam edirdi. Azərbaycan və Ermənistan arasında gərginlik məhz o ölkələrin verəcəyi qərardan asılı olacaq".
Ekspertin sözlərinə görə, siyasi və hərbi qərarlar hər zaman eyni yöndə olur:
"Bütün proseslər eyni xətt üzrə davam edir. Hazırda iki ölkə arasında faktiki olaraq sülh danışıqları getmir. Ordunun atdığı addımlara nəzər salsaq qarşıdurmaya hazırlıq mərhələsinə keçdiyini görmək olar. Siyasi gərginliyin artması eskalasiyaya səbəb olacaq. Payızda Gürcüstan və Ermənistanda siyasi proseslərin baş verəcəyi, gərginliyin yaşanacağı gözlənilir".

Siyasi       Tarix: 05 sentyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye


son xeberler azerbaycan xeberleri yeni xeberler axsam az xeberler qarabag cəbhədən video novruz bayramı