Ermənistanın "böyük bacısı" Prezidentini Xankəndidə seçir - Parisin bu dəfə qərəzindən "partlayır"

Ermənistanın Ermənistanın "böyük bacısı"ndakı namizədlər seçkiöncəsi erməni səsləri uğrunda yarışa… Qarabağdan start verdilər; azərbaycanlı ekspertlərdən sərt reaksiyalar
Azərbaycan nə qədər humanist yanaşma sərgiləsə də, erməni revanşistlərinə "zəhər" verən "kərtənkələlər" geri çəkilmək istəmirlər. Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya, o cümlədən dəmir yolu və avtomagistralla bağlı razılaşmaların əldə olunması, yaxud prosedurlara başlanılması ərəfəsində Ermənistanın "böyük bacısı" yenə də aranı qarışdırmağa başlayıb.
Belə ki, Fransada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmüş qadın siyasətçi Valeri Pekres Qarabağa qanunsuz səfər edib. Pekres fransalı deputatlar Bruno Riteiro və Mişel Barnye ilə birlikdə Arayik Arutyunyan, David Babayan, həmçinin "artsax"ın ruhani lideri ilə görüşüb.  Məlum olur ki, xanım namizəd Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərdə heç bir icazə və qanuni əsas olmadan rahat şəkildə dolaşıb, qəbiristanlıqlardakı quldur məzarlarını ziyarət edib, qanunsuz rejimin üzvləri ilə bir sıra təmaslarda bulunub.
Ümumiyyətlə, hazırda Fransada prezidentliyə namizədlərin bir yarışı getməkdədir. Bu yarış erməni əsilli fransız vətəndaşlarının səsləri uğrundadır. Hazırkı prezident Makron başda olmaqla, bütün namizədlər hər cür meymunluq edirlər ki, erməni seçicilərin xoşlarına gəlsinlər və onların səslərindən bir qismini ala bilsinlər. Qeyd edək ki, Fransa prezidentliyinə digər namizəd Erik Zemmur da bugünlərdə Ermənistanda olub. Ötən həftə Fransa mətbuatı iddia etdmişdi ki, ölkədəki erməni icmasının bir neçə nümayəndəsi prezident Emmanuel Makrona açıq məktub yazıb, onu Ermənistana səfərə dəvət edib. Bundan əvvəl Fransanın İrəvandakı səfiri Ann Luis bildirmişdi ki, Makron "İrəvana səfər etməkdən çox şad olacaq, lakin gün hələ müəyyənləşməyib". Fransada prezident seçkiləri 2022-ci il aprelin 10-unda keçiriləcək. Belə görünür ki, namizədlər hələ rəsmən qeydiyyata alınmamış Qarabağa gələrək, özlərinin erməni sevgilərini izhar etmək, Fransadakı erməni seçicilərin rəğbətini qazanmaq istəyirlər. Yeri gəlmişkən, bu cür faktlar Rusiya sülhməramlılarının da etibarsızlığını bir daha ortaya qoyur.
Məsələ Azərbaycan ictimaiyyətinin qəzəbinə səbəb olub. AMIP Fransa prezidentliyinə namizəd Valeri Pekresin qanunsuz olaraq Qarabağa səfər etməsini, separatçı rejimin nümayəndələri ilə görüşməsini Azərbaycanın ərazi bütövlüyünə və qanunlarına həqarət kimi qəbul edir.
Bu barədə "Yeni Müsavat"a göndərilən bəyanatda deyilir. "Azərbaycan rəsmilərindən bu hadisə ilə bağlı susmamağı,   təcili münasibət bildirməyi və Valeri Pekresin arzuolunmaz şəxs elan olunmasını tələb edirik. AMİP hesab edir ki, eyni zamanda Laçın koridoruna nəzarəti öz üzərinə götürmüş Rusiyaya da dərhal etiraz notası göndərilməli və "sülhməramlıların" Azərbaycan qanunlarına bu şəkildə yanaşması, vəzifə səlahiyyətlərini aşaraq əraziyə aidiyyəti olmayan şəxsləri buraxması ilə bağlı izahat tələb olunmalıdır", etiraz bəyanatında vurğulanır. /konkret.az

Siyasi       Tarix: 24 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xeberler qarabag sonxeber az son xəbərlər