Ermənistanın təxribatlarının ƏSAS MƏQSƏDİ BUDUR: "İrəvan çalışır ki..." - KRİTİK MƏQAMLAR

Ermənistanın təxribatlarının ƏSAS MƏQSƏDİ BUDUR: Ermənistan silahlı qüvvələrinin hərbi kolonunda bu gün səhər saatlarından hərəkətlilik müşahidə edilir. Bu barədə görüntülər erməni teleqram kanallarında yayılıb. Paylaşılan görüntülərdə erməni ordusuna məxsus bir sıra texnikaların şərti sərhədə doğru irəlilədiyi əks olunur. Bu texnikaların yerdəyişməsinin məqsədi hələlik bəlli deyil. Görünür, Ermənistan son günlər həyata keçirdiyi təxribatlara davam etmək niyyətindədir. Bəs görəsən, bu təxribatların arxasında nə dayanır? Müharibə ehtimalı, Ermənistanın Azərbaycana təcavüzü mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Aytən Qurbanova bu təxribatların uzun müddətdir davam etdiyini deyib:
Ermənistanın təxribatlarının ƏSAS MƏQSƏDİ BUDUR: "Ermənistanın hərbiləşdirilməsinin və sülhdən yayınma oyunlarının davamı olaraq belə təxribatların baş verəcəyi gözlənilən idi. Çünki Ermənistan sülhə hazırlaşmır, əksinə regionda yeni süni münaqişə ocağı yaratmaq istəyir. "Ermənistan+" qüvvələrin əsas hədəfi məhz təxribatları davam etdirərək hərbi qarşıdurma yaratmaqdır. Amma hücum əməliyyatına başlamağa cəsarətləri yoxdur, çünki çox yaxşı bilirlər ki, Azərbaycan ordusunun qarşısında uzun müddət davam gətirə bilməzlər."
Politoloq qeyd edir ki, Ermənistanın silahlandırılması nə qədər davam etsə də, Azərbaycan ordusunun döyüş qabiliyyəti və hərbi-texniki təchizatı ilə müqayisə oluna bilməz:
"Ona görə də, bu təxribatların əsas hədəfi daha çox Azərbaycanın əks-hücuma başlamasına nail olmaqdır. Çünki belə olan halda Ermənistanın "təhlükəsizliyi" ilə bağlı ortaya atılan ssenarilərin əsaslandırılması mərhələsi başlayacaq. Son zamanlar təxribatların artması bir daha sübut edir ki, Ermənistan və himayədarları bir tərəfdən sülhü imitasiya etməyə çalışır, digər yandan isə Azərbaycanı təhrik edəcək addımlara cəhd edirlər. Bunların hər biri "ermənidən daha çox erməni" olmağa çalışan siyasi mərkəzlərin ssenarilərinin və məkrli niyyətlərinin təzahürüdür. Təbii ki, bu təxribatlar bizim üçün ciddi təhdid yaratdığı halda, adekvat cavab tədbirləri qaçılmaz olacaq."
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 24 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xabarlar valyuta məzənnələri hava durumu