Ermənistanın Türkiyə ilə bağlı son ümidi: "Ərdoğan bu addımı atmağa o halda razılaşır ki..."

Ermənistanın Türkiyə ilə bağlı son ümidi: Ermənistanın baş naziri Nikol Paşinyan son televiziya müraciətində ölkə vətəndaşlarını dünyaya səpələnmiş erməni millətini deyil, dövlətin və xalqının maraqlarını müdafiə etməyə çağırıb. Bunun üçün o, ölkə konstitusiyasının dəyişdirilməsini və əsas qanuna referendumda səs verməyi təklif edib. Amma eyni zamanda, Paşinyan Azərbaycana qarşı ərazi iddialarının Ermənistan konstitusiyasından çıxarılıb-çıxarılmayacağı barədə bir kəlmə də danışmayıb.
KONKRET.az xəbər verir ki, belaruslu politoloq, siyasi elmlər namizədi Svetlana Korniçenko Ermənistan Konstitusiyasının dəyişdirilmə prosesinə toxunub. Politoloq bildirib ki, Paşinyanın ölkə konstitusiyasının dəyişdirilməsi təklifi ilə Ermənistan cəmiyyətinə müraciəti, ölkə daxilində siyasi mövqelərini, eləcə də parlamentdə irəli sürdüyü tezisləri həyata keçirmək üçün yeni cəhdidir:
"Sorğular göstərir ki, Paşinyanın reytinqi nəzərəçarpacaq dərəcədə aşağı düşür və ictimaiyyətin ona inamı zəifdir. Bu da öz növbəsində bir sıra amillərlə bağlıdır. Erməni xalqı baş nazirin yüksək səsli bəyanatlarından yorulub. Bu, ilk növbədə ölkədə iqtisadi vəziyyətin pisləşməsi ilə bağlıdır. Baxmayaraq ki, Paşinyan bir neçə il əvvəl ən dramatik dəyişikliklər vəd etmişdi. Paşinyanın ölkənin siyasi kursunu tamamilə dəyişmək cəhdi indi öz mənfi bəhrəsini verir. Ermənistan Aİİ-dən çıxarsa, Rusiyada yaşayan və işləyən ermənilərin taleyinin necə olacağı tam aydın deyil. Əsas gəliri Rusiyadan olan bir çox ailələr bu cür dəyişikliklərdən qorxurlar, bu onlara ciddi zərbədir.
Digər tərəfdən, Paşinyanın Türkiyə ilə sərhədi açmaq və ticarətə başlamaq vədləri də blefdir. Çünki Türkiyə bu addımı atmağa o halda razılaşır ki, İrəvan Bakı ilə sülh müqaviləsinin bütün bəndlərində razılaşsın, həmçinin Zəngəzur dəhlizinin açılmasına şərait yaratsın. Ermənilər anlayır ki, onların hökuməti regional izolyasiyaya meyllidir və heç bir ciddi müsbət geosiyasi addımlar atmır. Erməni xalqı isə yoxsulluq içərisindədir və siyasi oyunların spesifikliyinə varmadan, sadəcə sərhədlərin açılmasını və ticarətin qurulmasını gözləyir.
Üçüncü amil Bayden komandasının gedişi və Makronun ölkə daxilində mövqelərinin zəifləməsi ilə bağlı Ermənistanın siyasi nüfuzunun nəzərəçarpacaq dərəcədə azalmasıdır. Görünür, Makron hazırda İrəvanla maraqlanmır. Deməli, Ermənistan baş nazirinin təmtəraqlı müraciəti sadəcə olaraq növbədənkənar parlament seçkiləri prosesinə başlamaq cəhdidir. Bu prosesdə Paşinyan ona müxalif olan siyasi qüvvələrə böyük fərqlə qalib gəlməlidir ki, bu da onun yaxın illərdə ölkədəki mövqelərini gücləndirəcək. Lakin Paşinyan Ermənistanın Azərbaycanla münasibətlərin yaxşılaşdırılması istiqamətində kursuna biganədir".
Qazaxıstanlı politoloq Ruslan Salihov da məsələyə münasibət bildirib. Onun fikrincə Paşinyan indi seçicilərini yola vermək üçün yeni şou hazırlayıb:
"Paşinyanın Azərbaycana qarşı ərazi iddialarını konstitusiyadan çıxarmaqdan imtinası narahatedicidir. Əksinə, İrəvan bu məsələdə daim bəhanələr gətirir. Keçən il Ermənistanın Konstitusiya Məhkəməsi Müstəqillik Bəyannaməsi ilə Konstitusiyanın məzmununun eyni olmadığını bildirib. Buna görə də konstitusiyada Azərbaycanın ərazi bütövlüyünə dair heç bir iddianın olmadığını və Bakının narahatlığına əsasın qalmadığını açıqlayıb. İndi də o, xalq üçün heç nəyi kökündən dəyişmədən və Azərbaycanla fikir ayrılıqlarını aradan qaldırmadan daxili siyasi gündəmə müəyyən dinamika gətirmək, elektoratı cəlb etmək üçün yeni siyasi şou hazırlayıb. Əksinə, Paşinyan daha çox revanşizmə meyl göstərir. Açıq-aydın Fransa və digər Avropa ölkələrinin dəstəyinə ümid edir ki, bu da Bakını qıcıqlandırır. Təəssüf ki, Cənubi Qafqazda vəziyyətin sabitliyinin pozulması davam edir", – Ruslan Salihov vurğulayıb.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 27 fevral 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbərlər azərbaycanda son xeberler azerbaycan cəbhədən son xəbərlər cebheden xeber