Əsədin sonu yaxınlaşır? - "Suriyada kartlar yenidən paylanır"
"Suriyadakı qarşıdurmanın nəticəsində ölkə xəritəsi yenidən dəyişir. Müxalifətin həkimiyyətə gəlmək istəyi ölkədəki qarşıdurmanı yenidən alovlandırdı. Türkiyə rəsmi şəkildə bəyan etməsə də, artıq 2-3 gündür ki, Tel Rifatda terrorçulara qarşı əməliyyatlar keçirir. Yaxınlarda bunu rəsmi şəkildə elan etməyə məcbur olacaqlar".
Bunu KONKRET.az-a açıqlamasında siyasi şərhçi Ramiyyə Məmmədova deyib.
Ekspert Suriyadakı vəziyyəti şərh edərkən bildirib ki, qarşıdurmada böyük güclərin xüsusi marağı var:
"Hazırda Hələb Bəşər Əsəd rejimi və müxalif qüvvələr arasında qalıb. Rusiya Ukraynadakı vəziyyətə görə Suriyaya yetərincə dəstək verə bilmir. Müxaliflərinsə arxasında ABŞ və Türkiyənin olduğu güman edilir. Hazırda Əsədin vəziyyəti olduqca kritikdir. Suriyada kartlar yenidən paylanır. Burada İran faktorunu da nəzərə almaq lazımdır. Rəsmi Tehran İsraillə münaqişə qorxusuna görə Suriyaya yetərincə dəstək verə bilmir. Ankaranın terrorçuların planını pozması, savaşı yenidən alovlandırdı. Müxalifət daha çox irəliləməyi bacarsa, o zaman aydın olacaq ki, Türkiyə və ABŞ həmin qüvvələri dəstəkləyir. Əsəd sonda ya mövqeyini daha da gücləndirəcək, ya da hakimiyyətdən gedəcək".
Natiq Səlim,
KONkRET.az

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür