Əsgərin payını mənimsədiyi deyilən polis işdən çıxarılıb? - DİN-dən AÇIQLAMA

Əsgərin payını mənimsədiyi deyilən polis işdən çıxarılıb? - DİN-dən AÇIQLAMAƏsgərin payını mənimsədiyi deyilən polis işdən çıxarılıb? - DİN-dən AÇIQLAMA
Daxili İşlər Nazirliyi (DİN) Tovuz rayonunda polis əməkdaşı İlqar Hüseynzadənin əsgərlərə aparılan payı mənimsədiyi üçün işdən çıxarılması barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Qafqazinfo-ya açıqlamasında bildirib ki, bu informasiya xaricdə oturub həqiqətə uyğun olmayan, uydurma məlumat yayanların, dövlətin, millətin ünvanına şər-böhtan atanların növbəti təxribatıdır:
"Deyilənlər həqiqəti, reallığı əks etdirmir. Birincisi, Müdafiə Nazirliyi ordunu yüksək səviyyədə təmin edir, ordumuzun heç bir kənar yardıma, ərzağa ehtiyacı yoxdur. İkincisi, hansısa bir vətəndaş yardım gətiribsə, bunun da polisə heç bir aidiyyəti yoxdur. Ona görə də həmin polis serjantının işdən çıxarılması barədə onların göstərdiyi səbəb yalandır.
Həmin əməkdaş ötən il xidmətdə yol verdiyi nöqsana görə vəzifəsindən azad olunmalı idi, lakin onun səmimi etirafı, peşman olması, bir daha belə bir əməl tutmayacağı ilə bağlı verdiyi vəd və gənc olması nəzərə alınaraq ona daha yüngül cəza verilmişdi. Həmin şəxsə o vaxt şiddətli töhmət verildi. Onun həmin nöqsandan heç bir nəticə çıxarmadığı, xidməti fəaliyyətində heç bir dönüş yaratmadığı məlum oldu. O, növbəti dəfə xidmətdə məsuliyyətsizliyə yol verməsinə görə Tovuz Rayon Polis Şöbəsinin rəisinin əmri ilə xidmətdən xaric olundu. Həmin əməkdaşın ailəsi müəyyən qədər imkanlıdır, atası hansısa bir vəzifəni tutur, anası isə həkimdir. Yəni, onun siqaret oğurlamağa, mənimsəməyə ehtiyacı da yoxdur. Xaricdə oturan şəxslər isə dövlətin, millətin adına utanc gətirmək üçün yalan məlumatlarla qarışqadan fil düzəldirlər". /oxu.az

Sosial       Tarix: 26 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

PISA-da oxu nəticəmizi necə yüksəldək?

Son PISA-2025 nəticələrinin açıqlanması Azərbaycan təhsilində bir sıra mühüm məsələləri yenidən müzakirəyə çıxardı. Məncə, burada diqqət çəkən məqamlardan biri Elm və Təhsil Nazirliyinin, xüsusilə nazirin nəticələri açı

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son məlumatlar cəbhədən son məlumat en son xeberler bu gun xeberler azerbaycan