"Əsrin müharibəsi"ndə Azərbaycanın böyük diplomatik qələbəsi

"Əsrin müharibəsi"ndə Azərbaycanın böyük diplomatik qələbəsiCovid-19 pandemiyası bütün dünya dövlətlərini öz əsarətinə alıb və sözün həqiqi mənasında dünya birliyi bu ümumi bəla ilə muharibə vəziyyətindədir. Bu müharibəni "Əsrin müharibəsi" adlandırsaq, yanılmarıq. Bu reallığı hər bir dövlət dərk etməli və səyləri birləşdirməlidir. Yalnız bütün dövlətlərin birgə səyləri bu ümumbəşəri bəlaya qalib gəlməkdə müstəsna rol oynaya bilər. Deməli, qlobal səviyyədə nicatımız birliyimiz, həmrəliymiz və məhsuliyyətimizdən asılıdır. Elə bu məntiqdən cıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həm milli səviyyədə, həm regional səviyyədə, həmdə qlobal səviyyədə pandemiyaya qarşı mübarizə prosesində preventiv, proflaktik, ardıcıl və sistemli addımlar atır və bu addımlar həm ölkə ictimaiyyəti tərəfindən, həm də beynalxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Xüsusilə də cənab İlham Əliyevin bu ilin 4 may tarixində Qoşulmama Hərəkatına üzv dövlətlərin təmas qrupunun video format şəkilində keçirilən Zirvə görüşündə səsləndirdiyi təklif, yəni pandemiyaya qarşı mübarizə məqsədi ilə BMT Baş Məclisinin xüsusi sessiyasının çağırılması təşəbbüsü dünyada çox böyük siyasi rezonansa səbəb olmuşdur. Cənab prezidentin bu təşəbbüsü may ayında Nyu-Yorkda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunda müzakirə olunmuş, yekdilliklə dəstəklənmiş və Qoşulmama Hərəkatının adından BMT Baş katibinə müraciətin qəbul edilməsi qərara alınmışdır. Bunun ardınca möhtərəm Prezidentimiz İlham Əliyev mayın 13-də Qoşulmama Hərəkatının sədri olaraq BMT Baş katibinə müraciət etmişdir. Həmin müraciət əsasında BMT Baş katibi təşkilatın Nizamnaməsinin 20-ci maddəsindən çıxış edərək mayın 28-də BMT Baş Məclisinin xüsusi sessiyanın çağırılması məqsədilə üzv dövlətlərə müraciət etmişdir. Yeri gəlmişkən onu da qeyd edək ki, BMT Nizamnaməsinin 20-ci maddəsinə əsasən 3 halda təşkilatın Baş Məclisinin xüsusi sessiyası çağrıla bilər. Birincisi, bunu BMT Təhlükəsizlik Şürası daimi üzvləri tələb etməlidir, ikincisi, BMT Baş Məclisinin mütləq əksəriyət üzvləri bu tələbdə israrlı olmalıdır və nəhayət, BMT-nin üzvü olan istənilən dövlətin təşəbbüsü qurumun əksəriyyət dövlətləri tərəfindən müdafiə olunduqda haqqında bəhs olunan xüsusi sessiyanın cağrılması mümkün olur. Prosedur qaydalarına əsasən, bu müraciətin baxılma müddəti 30 gündür. Həmin müddət Azərbaycanın təşəbbüsü ilə bağlı məsələdə iyunun 27-də başa çatmışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyəvin bu təşəbbüsünü BMT Baş Məclisinin 130-dan çox üzvü birmənalı olaraq dəstəkləmişdir. Həmin dövlətlər sırasında Qoşulmama Hərəkatının 120 üzvü ilə yanaşı, Avropa İttifaqının, Asiyanın, Afrikanın və latın Amerikasının da aparıcı dövlətləri vardır. Qlobal təhdid mənbəyinə-COVİD-19 pandemiyasına qarşı beynəlxalq səviyyədə səylərin birləşdirilməsi və gücləndirilməsi mənafeyinə xidmət edəb bu unukal təşəbbüsə qarşı çıxış edən yeganə dövlət məhz işğalçı Ermənistan olmuşdur. Bununla da Ermənistan dövləti öz mahiyyətini ortaya qoymuş və dünya miqayasında özünü rüsvay etmişdir. Əslidə faşizmi və terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran bir "psevdodövlət"in belə davranışı təəccüb doğurmur. Deməli, Ermənistan dünyanın yeganə ölkəsidir ki, COVİD-19-un yanında yer aldı. Onun müttəfiqi kimi çıxış etdi. Eyni məntiqlə analiz etdikdə, Ermənistanın artıq 500 mindən artıq insanın pandemiyanın qurbanı olmasında birbaşa olmasa da, dolayısı ilə məsuliyyəti yaranır. Ermənistanın bu antibəşəri davranışına postpandemiya dövründə siyasi və hüquqi qiymət verilməsi məsələsi də olduqca vacibdir.
Burada bir məqamın da üzərində xüsusi olaraq dayanmağa dəyər. Prezident İlham Əliyevin son unukal təşəbbüsünə dünyanın məlum reaksiyası bir daha belə bir həqiqəti sübut etdi ki, Azərbaycan dünya miqyasında elə də böyük dövlət olmasa da, lakin onun sözünün mənası və çəkisi böyükdür. Bu, bir həqiqətdir ki, Azərbaycan dövlətinin sözünün məna və çəkisinin dünya miqyasında böyüklüyünü şərtləndirən həledici amil onun liderinin-Prezident İlham Əliyevin həm ölkə, həm də beynəlxalq aləmdə yüksək nüfuza malik olması ilə bağlıdır. Dünyanın pandemiya tərəfindən hədəfə alındığı, təhtid olunduğu bir reallıqda hər bir dövlət və hər bir lider öz simasını nümayiş etdirir və bu çətin günlərdə Azərbaycan dövləti və onun lideri cənab İlham Əliyev sözün həqiqi mənasında bütün dövlətllər və onların liderləri üçün bir nümunədir. Milyonları ölümlə hədələyən və bunu icra edən qlobaı pandemiya şəraitində mütləq əksəriyyət insanlar düşünürdülər ki, beynəlxalq təhlükəsizliyə xüsusi cavabdehliyi olan dövlətlər, yəni BMT TŞ-nın daimi üzvləri birlikdə, ya da əlahiddə olaraq bu ümumi bəlaya qarşı beynəlxalq səylərin birləşdirilməsi məsuliyyətini üzərilərinə götürəcək və BMT Baş Məclisini xüsusi sesiyasını cağıracaqlar. Həqiqət isə budur ki, məlum təşəbbüslə BMT TŞ-nın heç bir üzvü çıxış etmədi. Bu təşəbbüsü dünyanın müxtəlif qitələrinin heç bir aparıcı dövləti irəli sürmədi. Bu təşəbbüslə BMT TŞ-nın 2 il qeyri-daimi üzvü olmuş, 2 dəfə dünyanın ən böyük və universal təşklatının TŞ-na sədrlik etmiş Azərbaycan Respublikası və onu rəhbəri cənab İlham Əliyev şıxış etdi. Əslində cənab prezident bu unikal addımı ilə həm də BMT-nın zəifləyən nüfuzunun qaldırılamsı mənafeyinə xidmət edən bir davaranış ortaya qoydu.
Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsi, bu məqsədlə dünya miqyasında birliyin, həmrəyliyin və məsuliyyətin gücləndirilməsinə hədəflənmiş təşəbbüsünün beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq dəstəklənməsi bir daha göstərdi ki, Azərbayacan dövlətinin və onun lideri cənab İlham Əliyevin nüfuzu və reytinqi olduqca yüksəkdir. Azərbaycan prezidenti qlobal baxışlı lidert kimi qıbul olunur.
"Əsrin müharibəsi" hesab edilən COVİD-19 pandemiyasına qarşı mübarizə məsələlərində dövlətlərin, xalqların və liderlərin hansı mövqedə dayandıqlarının geniş müzakirə məsələsinə çevriləcəyi və müvafiq qiymətləndirmələrin aparılacağı labüd görünür. Artıq bu istiqamətdə ilkin addımlar atılmaqdadır. Istisnasız söyləmək olar ki, həmin müzakirələrin nəticəsi olaraq bütün bütün beynəlxalq ictimaiyyət etiraf edəcəkdir ki, pandemiyadan qlobal qurtuluşun əldə edilməsi naminə beynəlxalq səyləri bir yumriq kimi birəşdirən dövlət Azərbaycan Respublikası, lider isə Prezident İlham Əliyevdir. Həmin səylər sayəsində Pandemiyaya qarşı dünya dövlətlərini iqtisadi, sosial, humanitar və xüsusilə də tibbi sahələrdə əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə keçməsi və bunun nəticəsi olaraq bəşəriyyətin intizarla gözlədiyi COVİD-19 əleyhinə peyvəndin əldə edilməsi strateji əhəmiyyətli məsələyə çevrilmişdir. Eyni zamanda həmin peyvəndə hər bir dünya dövlətinin əlçatanlığının təmi olunması da kifayət qədər aktuallıq kəsb edən məsələdir. Bu rteallıqda dövlətlərin pandemiya dövründə belə bir birinə qarşı geosiyasi ambisiyalardan əl çəkməməsi, sərhədlərin bağlanmasından belə iqtisadi təzyiq elementi kimi istifadə etnəsi acınacaqlı haldır. Heç şübhəsiz, bütün bu və digər olduqca aktual məsələlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılacaq BMT Baş Məclisinin xüsusi sesiyasının gündəliyini müəyyən edəkdir.
Elman Nəsirov
Milli Məclisin deputatı,
YAP Beynəlxalq Əlaqələr Komissiyasının katibi,
siyasi elmlər doktoru, professor
Trend /news.milli.az

İqtisadiyyat     Baxılıb: 471   Tarix: 02 iyul 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Səyahət planlarını Yelo App-ə həvalə et

Mart ayının uzun tətilləri gəlir, deməli, səyahət vaxtıdır! Amma hər səfər öncəsi sənəd toplamaq, sığorta axtarmaq vaxt aparan prosesə çevrilə bilər. Yelo Bank səyahət hazırlıqlarını bir tətbiqə sığdırdı – artıq bütün vacib işlərini Yel

"Avromed Company" MMC Ramazan bayramında uşaq sığınacağını ziyarət edib - FOTOLAR

Ölkənin qabaqcıl əczaçılıq şirkətlərindən olan "Avromed Company" MMC mübarək Ramazan bayramı münasibətilə növbəti xeyriyyə aksiyasını həyata keçirib. xəbər verir ki, korporativ sosial məsuliyyət prinsiplərini fəaliyyətini

Bu şəxslərin maaşı 35 faiz artırıla bilər

"İncəsənət sektorunda beynəlxalq müsabiqə qalibləri sertifikatlaşdırmadan azad olunması məqsədəuyğun olardı. Eyni zamanda, Məccələnin 67-i maddəsində 3 dəfə deyil, ən azı 2 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmay

Tələbələr üçün "Sənin karyera yolun: öz təsirini yarat" mövzusunda təlim keçirildi

Ölkənin birinci bankı Kapital Bank gənclərin təhsili və peşəkar inkişafına dəstək göstərmək istiqamətində həyata keçirdiyi təşəbbüsləri davam etdirir. xəbər verir ki, bu məqsədlə bankla Təhsil Tələbə Kredit Fondu arasınd

Azərbaycan neftinin qiyməti 103 dolları keçdi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 8,41 ABŞ dolları və ya 8,9% artaraq 103,03 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftini

Əhaliyə şad xəbər! Sosial ödənişlər bu tarixdə ödəniləcək

Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların qrafikdən əvvəl - martın 13-də ödənilməsi nəzərdə tutulub. Bu barəd

"Qlobal iqtisadi proqnozlar artıq dəyişir" – İqtisadçıdan açıqlama

Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard hazırkı geosiyasi vəziyyət səbəbindən əvvəlki iqtisadi proqnozların bir hissəsinin artıq aktuallığını itirdiyini bildirib. O qeyd edib ki, mart ayında keçiriləcək iclasd

Bakıda orta əməkhaqqı artdı

2025-ci ildə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 381 manat təşkil edib. xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-c

Azərbaycanın ən çox bu ölkələrə neft ixrac edir - SİYAHI

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 10-dan artıq ölkəyə 3 milyon 600 min 307,4 ton həcmində neft ixrac olunub. Bu barədə   Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir. Hesabat dövründə Azərbaycanı


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son görüntülər xeberler bu gun son xabarlar en son xeberler