Estetik əməliyyat edənlər DİQQƏT: Şəxsiyyət vəsiqəsində problem ola bilər
Estetik əməliyyatlar insanların xarici görünüşünü dəyişdirmək məqsədilə edilən müdaxilələrdir və bu əməliyyatlar şəxsin xarici görünüşünü əhəmiyyətli dərəcədə dəyişə bilər. Üz cizgilərində və ya göz rəngində əməliyyat edən şəxslərin şəxsiyyət vəsiqəsində dəyişiklik hesab edilib-edilməməsi bir çoxunda sual doğurur.
Bəs Estetik əməliyyatlar şəxsiyyət vəsiqəsində dəyişiklik hesab olunurmu?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Milli.Az-a hüquqşünas Ramil Süleymanov açıqlama vererək bildirib ki, şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının ərazisində vətəndaşın şəxsiyyətini təsdiq edən sənəddir. Bu vəsiqə dövlət qurumları tərəfindən vətəndaşa təqdim olunur və burada olan tənzimləmə Azərbaycan Respublikası Şəxsiyyət vəsiqəsi haqqında qanuna əsasən həyata keçirilir. Artıq son illərdə vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqəsi təqdim olunur.
"Qanunun 4-cü maddəsində qeyd olunur ki, şəxsiyyət vəsiqəsi verilərkən hansı zəruri məlumatlar götürülməlidir. Bununla yanaşı, şəxsiyyət vəsiqəsinin qanunun tətbiqi ilə bağlı sərəncam respublika ərazisində qüvvədədir. Həmin əsasnaməyə görə, əgər vətəndaş şəxsiyyət vəsiqəsində hər hansı dəyişikliklər etmək istəsə, Asan Xidmət mərkəzlərinə və ya ərazi üzrə pasport qeydiyyat şöbələrinə müraciət edə bilər".
O qeyd edib ki, eyni zamanda, vətəndaşın zahiri görünüşündə dəyişiklik edilərsə və ya xüsusi dəyişiklik hiss olunsa, bu zaman fotosunun yenidən çəkilməsi tələb oluna bilər. Dəyişikliklərlə bağlı müəyyən məbləğdə rüsum dövlət büdcəsinə vətəndaş tərəfindən ödənilir.
"Bununla bağlı elektron imza yoxlanılır. Burada əlavə olaraq vətəndaş haqqında müəyyən məlumatlar daxil edilir. Estetik əməliyyat etmək vətəndaşın hər hansı şəkildə eyniləşdirilməsi məlumatlarının itirilməsi mənasına gəlmir, çünki göz rəngi, barmaq izi və bunların olması vətəndaşın şəxsiyyətini təsdiq etməyə kifayət edir".
Turlar.az [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi