Ev şəraitində üz dərisini təmizləməyin yolları

Ev şəraitində üz dərisini təmizləməyin yollarıDərinin dərin təmizlənməsi  bir neçə etaplı prosesdir. Dərin təmizlənmə müvafiq tələbat yarandıqda və dərinin tipindən asılı olaraq həyata keçirilir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, quru dəriyə nisbətən yağlı dərinin dərin təmizlənməsi daha tez-tez aparılmalıdır. Dərinin dərin təmizlənməsinə efir yağları, dəniz duzları və ya otlar ilə hazırlanan buxar vannaları ilə başlamaq olar. Quru dəri bu üsulla ayda bir dəfə olmaqla, yağlı dəri isə ayda iki dəfə olmaqla təmizlənə bilər.
Dərinin buğa verilməsi  müxtəlif çirklənmələrdən, sızanaqlardan, ölmüş hüceyrələrdən təmizləyir. Dərinin buğa verilməsi zamanı qan damarlarının genişlənməsi nəticəsində yerli qan dövranının yaxşılaşması, tər və piy vəzilərinin fəaliyyətinin normallaşması, dəridə mübadilə proseslərinin yaxşılaşması baş verir. Nəticədə dəri təmiz və hamar olur, sağlam şəkil alır. Yadda saxlamaq lazımdır ki, dərinin buğa verilməsi prosesini çox ehtiyatla aparmaq lazımdır! Dərinin yüksək həssaslığı və ya məsaməliliyi, həmçinin üzdəki damarların xroniki genişlənməsi zamanı dərinin buğa verilməsi məsləhət görülmür.
Yaşı 30-dan artıq olan qadınlarda da dərinin buğa verilməsindən tez-tez istifadə etmək olmaz. Bu yaşda olan qadınlarda dəri özünün təbii elastikliyini itirməyə başlayır, həmçinin damarlar daha pis daraldığı üçün üz dərisinin qızarması baş verə bilər.
Sonra termosda 2 litr qaynar suda 2 xörək qaşığı quru çobanyastığı və ya adaçayı çiçəkləri (quru dəridə daha çox nanə (yarpız) və ya cökə ağacının çiçəyi məsləhət görülür) dəmləyin və bir neçə dəqiqədən sonra dəmləməni geniş ləyənçəyə tökün. Daha sonra ləyənçənin üstündə əyilərək başınızı dəsmalla örtün və bir neçə dəqiqə bu vəziyyətdə oturun. Quru dərisi olanlarda dərinin buğa verilməsi prosesi 2-3 dəqiqə, qarışıq tipli dərisi olanlarda 5 dəqiqəyədək, yağlı tipli dərisi olanlarda 10 dəqiqəyədək davam edir. Bu proseduradan sonra dərinizi yumşaq quru salfet ilə yüngülcə qurulayın.
Əgər hər hansı bir səbəblərə görə dərinizin buğa verilməsi sizə əks göstərişdirsə, bu halda ilıq kompreslərdən (38-42o C) istifadə edə bilərsiniz. İlıq kompres ilkin olaraq təmizlənmiş dəriyə 4-5 dəqiqə ərzində olmaqla qoyulur.
Dərinin buğa verilməsi və ya ilıq kompres qoyulması proseduradan (və ya duş, vanna qəbul etdikdən) sonra dərinin pilinqi və ya skrabla təmizlənməsi prosedurası aparılır.
Skrablardan istifadə edilməsi vacib hesab edilir. Çünki dəri hüceyrələri daimi olaraq təzələnir. Köhnə, ölmüş hüceyrələr xaric edilmədikləri halda üzün səthində yığılıb qalır. Tədricən dəri səthində başdan-başa ölmüş hüceyrə pulcuqlarından ibarət təbəqə əmələ gələ bilər. Nəticədə dəri kifayət qədər oksigen ala bilmir, boz, qeyri-sağlam şəkil alır, onun üzərindəki məsamələr bağlanaraq sızanaqların, civzələrin və digər iltihab ocaqlarının əmələ gəlməsinə səbəb olur.
Əlbəttə ki, biz üzümüzü yuduqda, təmizləyici vasitələrdən istifadə etdikdə ölmüş dəri hüceyrələri pulcuqlarını bir qədər yusaq da, bu, dərinin onlardan tam təmizlənməsi üçün kifayət etmir.
Dərinin skrablardan istifadə edilməsi ilə aparılan dərin təmizlənməsindən sonra dəridə maddələr mübadiləsi bərpa edilir, Skrabları həm mağazalardan əldə etmək, həm də ev şəraitində hazırlamaq olar:
- Bir çay qaşığı narın duzu 1 çay qaşığı qida sodası ilə qarışdırın. Onu nəm əlinizlə götürərək, üzünüzün yaş dərisinə sürtməklə bir neçə dəqiqə ərzində masaj edin. Sonra üzünüzü ilıq su ilə yuyun.
- Təzə xiyarın qabığını soyaraq xırda-xırda doğradıqdan sonra onu sıxmaqla şirəsini ayırın. Sonra 1 xörək qaşığı yulaf yarması ("herkules") ununu 1 çay qaşığı xırda dəniz duzu ilə qarışdırın. Alınan qarışığı krem şəkilli forma alana qədər xiyar suyu ilə qarışdırın. Daha sonra üzərinə bir neçə damla qızıl gülün efir yağını əlavə edin. Alınan bu skrabı 1-2 dəqiqə ərzində üz dərinizə sürtün və 10 dəqiqə ərzində üzünüzdə saxlayıb yuyun. Bu skrab tərkibi quru dəri üçün nəzərdə tutulub.
- Qəhvə üyüdən maşında ayrı-ayrılıqda olmaqla düyü və qəhvə dənələri üyüdün. Alınan düyü ununu və üyüdülmüş qəhvəni, hərəsindən 1 çay qaşığı olmaqla, qarışdırın. Sizin üz dəriniz yağlı və ya qarışıq dəri tipinə aiddirsə, alınan qarışığı 2 xörək qaşığı kefir və ya yoqurtla durulaşdırın. Normal və quru dərisi olanlarda isə alınan düyü və qəhvə qarışığını süd və ya 1 xörək qaşığı xama ilə durulaşdırmaq lazımdır. Sonda alınmış tərkibi skrab şəklində üz dərinizə sürtərək 5-7 dəqiqə ərzində üzünüzdə saxlayın və sonra yuyun.
- Bir neçə üzüm meyvəsini qəhvə üyüdən maşında üyüdülmüş üzüm tumları ilə qarışdıraraq alınan tərkibi skrab şəklində üzün dərisinə sürtün və 10 dəqiqə üzünüzdə saxladıqdan sonra onu ilıq su ilə yuyun. Bu skrab nəinki təmizləyici, həmçinin cavanlaşdırıcı effekt də göstərir.
- İstənilən dəri üçün duz və şəkər tozu qarışığından hazırlanmış skrablardan istifadə etmək olar. Onların skrabın tərkibindəki nisbəti isə dəri tipindən asılı olaraq dəyişmiş olur. Bu skrab dərini cilalayaraq onu elastik (möhkəm) və sağlam edir. Duz və ya şəkər tozunu kosmetik südlə, xama, qaymaq, yağ və ya bal ilə qarışdırmaq olar. Duz-bal qarışıqlı skrablar həm üz, həm də bədən dərisi üçün (duş qəbul edərkən) daha xeyirli hesab edilir. Həssas dəri üçün duz və şəkər tozu qarışığından hazırlanmış skrablardan istifadə edilməsi məsləhət görülmür. Onların təsirindən dəridə qıcıqlanma yarana bilər.
- Qəhvə üyüdən maşında ərik tumlarını üyütdükdən sonra onu istənilən qidalandırıcı krem (dəri quru olanda) və ya nəmləndirici krem (dəri yağlı olanda) ilə qarışdırmaqla əla keyfiyyətli skrab əldə etmiş olarsınız. Onu soyuducuda saxlayaraq tələb olunduqca istifadə etmək olar.
- Qəhvə üyüdən maşında qurudulmuş limon (portağal, qreypfrut, mandarin və ya onların qarışığından da istifadə etmək olar) qabığını üyütdükdən sonra ondan 1 çimdik götürərək, onu əlinizdə azca isladın və üz dərinizə yüngül şəkildə sürtün.
Milli.Az /news.milli.az

Sağlamlıq     Baxılıb: 541   Tarix: 02 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Hər evdə var, xərçəng yaradırmış – Gündə iki ədəd kifayət edir

Braziliya qoz-fındığı geniş şəkildə "super qida" kimi tanınır. Məhsul antioksidantlar, B və E vitaminləri, eləcə də kalsium, sink, maqnezium və xüsusilə selenlə zəngindir. milliaz-a istinadən xəbər verir ki, b

Qarını əritmək üçün ən yaxşı DİETA

Heyvan məhsullarının azaldılması və daha çox bitki mənşəli qidalar visseral yağdan qurtulmağa kömək edə bilər. Hamımızın bədənimizdə müəyyən miqdarda visseral yağ var. Gördüyünüz dərialtı yağdan fərqli olaraq, visserial ya

Şorba sevənlərə mühüm xəbərdarlıq

Mütəxəssislər hazır və paketlənmiş şorbalarla bağlı xəbərdarlıq ediblər. milliaz-a istinadən xəbər verir ki, araşdırmalara görə, xüsusilə tez hazırlanan toz şorbaların tərkibində yüksək miqdarda duz, konservant və dad gücləndiricilə

Bu xəstəliyi olanlara konserv yemək OLMAZ

Əgər yüksək təzyiqiniz varsa və ya risk altındasınızsa, müəyyən konservləşdirilmiş şorbalardan uzaq durmaq ən yaxşısıdır. Çoxları bilməsə də, bu, orqanlara əlavə yük yaratdığı üçün infarkt və insult kimi potensial həyat

Peyğəmbərin təriflədiyi toxum: Hər gün 2-3 ədəd

"Qara toxum" hesab edilən və Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) tərəfindən tövsiyə edilən çörək otu əsrlər boyu şəfa mənbəyi kimi istifadə edilib.   -a istinadən xəbər verir ki, Səhih Müslim və Buxariyə görə, Peyğəmbərimi

Ürək sağlamlığı üçün nə yemək lazımdır? - 3 faydalı toxum növü AÇIQLANDI

Toxumlar ürək sağlamlığı üçün vacib olan omeqa-3 də daxil olmaqla bir çox faydalı xüsusiyyətlərə malikdir. Bütün toxumlar müəyyən miqdarda bu faydalı yağ turşularını ehtiva etsə də, omeqa-3 baxımından əsl xəzinə hesab oluna

35 yaşından əvvəl siqareti tərgidəndə nə baş verir?

35 yaşından əvvəl siqareti tərgitsəniz, bədəniniz heç vaxt siqaret çəkməyən bir insan səviyyəsinə qədər bərpa oluna biləcək. -a istinadən xəbər verir ki, pulmonoloq Larisa Afanasyeva bu barədə məlumat verib. "Son siqaret

Ağrıkəsicilər ağrıları niyə kəsmir? - Saxta, keyfiyyətsiz dərmanlar

Son dövrlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə dərman preparatlarının, xüsusilə də ağrıkəsicilərin əvvəlki kimi təsir göstərmədiyi ilə bağlı iddialar daha tez-tez səsləndirilir. Vətəndaşlar eyni dərmanı qəbul etdiklər

Zəncəfilin faydaları və zərərləri - Mütəxəssis

Zəncəfil həm bioloji aktiv maddələrlə, həm də vitamin və minerallarla zəngindir. Tərkibində ətirli zəncəfil yağı da mövcuddur və lifli qidalar kateqoriyasına daxil olduğundan, sağlamlıq üçün çoxsaylı faydaları var.  xəbə


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər.com qurban bayrami 2026 xabar az son xeber 2026