Evlənmək istədilər, QİÇS olduqları üzə çıxdı
Evlənmək istədilər, QİÇS olduqları üzə çıxdı
Dekabr ərzində nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 36 nəfərdə sifilis, 15 nəfərdə isə QİÇS aşkar edilib.
Bunu Oxu.Az-a açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Onun sözlərinə görə, ötən ay ərzində ümumilikdə nikaha daxil olmaq istəyən 9149 nəfərin icbari tibbi müayinəsi həyata keçirilib:
"265 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan üç cütlük müəyyənləşdirilib".
Z.Əlimirzəyeva bildirib ki, 2019-cu il ərzində nikaha daxil olmaq üçün 135551 nəfər müayinədən keçib:
"Onlardan 3658 nəfərdə talassemiya daşıyıcılığı, 381 nəfərdə sifilis, 150 nəfərdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 46 olub.
2015-ci ildən indiyədək 635364 nəfərdə qan müayinəsi aparılıb.
21893 cütlükdən birində talassemiya daşıyıcılığı, 235 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 2109 nəfərdə sifilis, 605 nəfərdə HİV(QİÇS) qeydə alınıb.
Qeyd edək ki, 1 iyun 2015-ci ildən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçməsi mütləq sayılır.
İlhamə Əbülfət /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb