"ExxonMobil" 22,4 milyard zərərlə pandemiyanın ən çox təsir etdiyi neft-qaz şirkəti oldu
Baş qərargahı Texas ştatının İrving şəhərində yerləşən və ABŞ-ın ən tanınmış neft-qaz şirkəti "Exxon Mobil Corporation" (ExxonMobil) 2020-ci ildə pandemiyanın ən çox təsir etdiyi neft-qaz şirkəti olub.
Oxu.Az-ın şirkətin mediaya hesabatlara əsasən verdiyi məlumata görə, "ExxonMobil" 2020-ci ili 22,4 milyard dollar zərərlə başa vurub.
Bu, şirkətin 1998-ci ildən bu yana ilk maliyyə itkisi kimi dəyərləndirilib. "ExxonMobil" 2019-cu ildə əldə etdiyi 14,3 milyard dollar mənfəətə qarşı, 2020-ci ilin bütün rübləri üzrə zərərlə işləyib.
Bildirilib ki, il boyu şirkət ən böyük maliyyə itkisi ilə 2020-ci ilin dördüncü rübündə qarşılaşıb. Təkcə ötən ilin son üç ayı ərzində şirkət 20 milyard dollar zivarında maliyyə itkisi ilə üzləşib.
Şirkətin icraçı direktoru Darren Vuds 2020-ci ili "ExxonMobil" üçün ən çətin bazar şərtləri təqdim edən il kimi dəyərləndirib.
Qeyd edək ki, 2020-ci ildə pandemiyanın ən çox təsir etdiyi neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlər arasında "ExxonMobil" ilə yanaşı BP və "Royal Dutch Shell" şirkətlərinin də adı var.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar