"Faciə deyil, Ukrayna mübarizəsini bundan sonra da davam edə bilər"

"Müharibə xərclərinin 73 faizini Ukrayna xalqı ödəyib".
KONKRET.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a politoloq Zərdüşt Əlizadə bildirib.
O qeyd edib ki, ABŞ-nin hərbi və maliyyə yardımlarını dayandırması Kiyevin məğlubiyyəti demək deyil:
"ABŞ müharibənin əvvəlindən indiyədək Ukraynaya 62 milyard dollar maliyyə və hərbi yardım göstərib. Ukraynanın digər müttəfiqlərindən isə 57 milyard dollar yardım gəlib. Müharibə xərclərinin 73 faizini Ukrayna xalqının özü ödəyib.
Fərz edək ki, ABŞ-nin indiyədək göstərdiyi maliyyə yardımı kəsilir, onda Ukrayna xalqının qarşısında bir qədər mürəkkəb vəzifə duracaq – müharibəni məhdud imkanlarla davam etdirmək. Amma bu o demək deyil ki, Ukrayna məğlub, yaxud təslim olmalıdır.
Zelenski səfərdən qayıdan kimi ABŞ-dəki səfiri Oksana Markarovanı dəyişməlidir. Çünki Markarova yanlış məlumatları ilə Ukrayna dövlətinə böyük ziyan vurub.
Müharibə vəziyyətində olan Ukraynanı içəridən gəmirən tüfeyli və rüşvətxor zümrəyə divan tutulmalıdır. Onların bir çox Ali Radada, Nazirlər Kabinetində oturub. Müharibə gedə-gedə bu tüfeylilər ölkəni gəmirirlər. Onların oğurladığı pulların məbləği məlumdur. Zelenski onları dərhal həbs etməlidir. Hazırda 1 milyon tüfeyli məmur var ki, Ukraynada müharibə aparmaq əvəzinə büdcə pullarını yeyirlər.
Politoloq diqqətə çatdırıb ki, Rusiyanın müharibədə hər hansı parlaq qələbəsi gözlənilmir:
"ABŞ-nin yardımı olmadan da Ukrayna müharibə apara bilər. Trampın Avropaya etinasız münasibəti, danışıqlar masasına çağırmaması buna vadar edir. Avropa liderləri Kiyevə gələrək, Ukraynaya kömək etməyə hazır olduqlarını bildirdilər. Avropanın maliyyə və hərbi yardımı davam edəcək. Ukrayna da bu imkanlarla mübarizə aparmağa davam etməlidir.
Tramp ümid edirdi ki, Ukraynanı razı salacaq və Çindən ayıra biləcək. Bu, xam xəyalıdır. Rusiya həqiqətən də, ABŞ-yə görə Çindən uzaqlaşmağa başlasa, Pekin Ukrayna və Avropaya yardım edəcək.
Dünyanın axırı deyil. Nadir metallar barədə olan sövdələşmə nağıl idi. Əvvəla, bu yataqların əksəriyyəti işğal olunmuş ərazilərdədir. Onların istismarı üçün milyardlarla dollar pul lazımdır. Trampla Zelenski arasında diplomatik danışıqlar yerinə bazar söhbəti alındı. Faciə yoxdur. Ukrayna mübarizəsini bundan sonra da davam edə bilər. Rusiyanın parlaq qələbə qazanma şansı yoxdur".

Siyasi       Tarix: 02 mart 2025
f Paylaş

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbərlər azərbaycanda son xeberler azerbaycan cəbhədən son xəbərlər cebheden xeber