Fatma Mahmudovanın səhhəti çox yaxşıdır' - Qızından açıqlama

Fatma Mahmudovanın səhhəti çox yaxşıdır' - Qızından açıqlama"Bəzi saytlar yalandan anamın dünyasını dəyişməsi xəbərini veriblər. Bu tamamilə yalan xəbərdir, ucuz reytinq üçün belə xəbərlər yayanlara xəbərdarlıq edirəm". 
Bu sözləri azxeber.com-a açıqlamasında Xalq artisti Fatma Mahmudovanın qızı İntizar xanım deyib.
Hazırda reanimasıyada olan aktrisanın qızı Xalq artistinin son vəziyyətini açıqlayıb:
"Allaha çox şükür ki, anamın vəziyyəti çox yaxşıdır, hər şey qaydasındadır. Hələ də reanimasiyadadır. İndi onun qısa zaman ərzində bizim kimi normal danışması, davranması təbii ki, mümkün deyil. Zamanla hər şey daha da yaxşı olacaq. Bəzi saytlar yalandan anamın dünyasını dəyişməsi xəbərini veriblər. Onlara sizin vasitəniz ilə xəbərdarlıq edirəm. Belə xəbərlər ilə reytinq yığmaq olmaz. Bu elə-belə bir şey deyil, xəstəlikdir. İnsan həyatı ilə reytinq qazanmayın. Bundan sonra hər hansı bir saytda, mənim anamla bağlı bir dənə belə olsa neqativ yazıya rast gəlsəm, mən məhkəməyə müraciət edəcəyəm".
Qeyd edək ki, Fatma Mahmudova 1954-cü ildə Ağdam rayonunda anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu "Teatr kollektivi rejissoru" ixtisası üzrə bitirib. 1968-ci ildən Ağdam Dövlət Dram Teatrında aktrisa işləyib. Ağdam rayonunun işğalı ilə bağlı Bakıda köçkün kimi yaşayan Fatma Mahmudova 1994-cü ildən taleyini Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağlamalı olub. Burada teatrın repertuarında olan tamaşaların əksəriyyətində rol alaraq bir sıra maraqlı obrazlar yaradıb.
F.Mahmudova 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür.
Aysel Hacızadə

Şou Biznes       Tarix: 31 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs


son xeberler yeni xeberler azerbaycan xeberleri havanın temperaturu apa.az xeberler bu gunun xeberleri haqqinda melumat xəbərlər