Faydalı ədviyyat

Faydalı ədviyyatHil sağlamlıq üçün faydalı bitkilərdən biridir. Ağ və tünd yaşıl rəngdə olan hil çaya və yeməyə qarışdırılaraq istifadə olunur. Tünd yaşıl hilin faydası çox böyükdür. Mədə turşuluğunun aradan qaldırılmasında, qastrit və qıcqırma zamanı həmin ədviyyatdan geniş istifadə edilməsi məsləhətdir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dünyada geniş yayılan hili çox vaxt "kralların ədviyyatı" adlandırırlar. Orta əsrlərdə Avropada hil dərman hesab olunub və apteklərdə satılırdı. Hil Hindistanda və Çində çaya əlavə olunaraq içilir.
Hil xüsusilə həzm sistemi üçün xeyirlidir. Məhz buna görə bəzi Şərq ölkələrində hil toxumları yeməkdən sonra çeynənilir. Ağızdan gələn pis qoxunu yox edir, ürəkbulanmanı aradan qaldırır, iştahanı artırır, mübadilə prosesini yaxşılaşdırır, köplə mübarizə aparır. Artıq çəkidən azad olmaq üçün də hil çox faydalı vasitələrdən biridir.
Təbii antiseptikdir, soyuqdəymə zamanı onu çay və suya atıb xəstəyə vermək çox müsbət təsir göstərir. Boğaz ağrıları zamanı hil dəmləmələri ilə qarqara çox yaxşı təsirə malikdir. Diş ağrılarını azaldır, ürəyin fəaliyyətini yaxşılaşdırır.
Hilin aromatik yağlarını suya əlavə edib vanna qəbul olunması həm stress və gərginliyi aradan qaldırır, həm də əsəbləri sakitləşdirir.
Axşamlar 1 stəkan nanə çayına 5-6 ədəd hil qarışdırıb dəmləmək və yatmazdan 1 saat əvvəl içmək yuxunu rahatlaşdırır. İnfeksion xəstəliklər zamanı da hil çayı içmək orqanizmə müsbət təsir göstərir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 26 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycan cəbhədən son xəbərlər 2026 kriminal bugun son xeber 2026