Fərid Şəfiyev: Ermənistanın Şuşa qalası ilə bağlı addımları münaqişənin həllində maraqlı olmadığını göstərir
Fərid Şəfiyev: Ermənistanın Şuşa qalası ilə bağlı addımları münaqişənin həllində maraqlı olmadığını göstərir
Ermənistan son 30 il ərzində Azərbaycan torpaqlarının işğalını davam etdirməklə yanaşı, bütün vasitələrlə xalqımızın tarixi, mədəni, musiqi və mətbəx irsinə qarşı təcavüz və qəsbkarlıq siyasəti yürütməkdədir.
Oxu.Az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev Dağlıq Qarabağdakı qondarma rejimin Şuşa qalasını təmir etdirməsi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistanın bu istiqamətdə siyasətinin əsas hədəflərindən biri də işğal edilmiş ərazilərdə özünün əsassız iddialarını rəsmiləşdirmək məqsədi ilə həmin torpaqların həqiqi tarixi sakinlərinin və sahiblərinin mədəni irsini məhv etmək, bu mümkün olmadıqda isə saxtalaşdırmaqdır:
"Belə ki, işğal edilmiş ərazilərdəki bütün mədəni və tarixi abidələr həmin torpaqlarının həqiqi tarixi sakinlərinin və sahiblərinin kimliyi heç bir ciddi və obyektiv müşahidəçidə hansısa şübhə yaratmır".
Sədr bildirib ki, Ermənistan KİV-nin yazdığı kimi, bu dəfə Qarabağdakı qondarma rejim rəhbərliyinin məşhur Şuşa qalasını təmir etməsi ilə bağlı xəbər də bu təcavüzkar ölkənin qeyd edilən siyasətinin göstəricisidir:
"Azərbaycanlılar tərəfindən Şuşa qalası adlandırılan həmin tarixi abidənin əsası 1751-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş, tikinti işlərinə rəhbərliyi isə şəxsən şair və Qarabağ xanının vəziri Molla Pənah Vaqif nəzarət etmişdir.
Qeyd edək ki, keçən il Şuşada yerləşən və azərbaycanlılara məxsus olan "Yuхarı Gövhər ağa" məscidi təmirdən sonra Ermənistandakı işğalçı qüvvələr tərəfindən fars mədəniyyətinin dini-tarixi nümunəsi kimi təqdim edilmişdi. Bundan əvvəl isə Ermənistan rəhbərliyi paytaxt Yerevanda tarixi Azərbaycan memarlıq nümunələri olan 8 məsciddən 7-sini tamamilə məhv edilib. Qalan bir məscid - 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilmiş məşhur Göy məscidin 4 minarəsindən 3-ü sökülüb və saxtalaşdırılaraq İran tarixi abidəsi kimi İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilib. Bir daha dünya ictimaiyyətini Ermənistanın işğal etdiyi ərazilərdə atdığı bu cür addımları Azərbaycan irsinə qarşı aparılan ardıcıl və məqsədyönlü terror kimi qiymətləndirilməyə çağırırıq".
"Ermənistan hakimiyyətinin bu istiqamətdə fəaliyyəti beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn bütün normalarına və əsaslarına zidd olan hərəkətlər kimi qiymətləndirilərək dünya ictimaiyyəti tərəfindən pislənməli və məsuliyyətə çağırılmalıdır: "Həmçinin beynəlxalq ictimaiyyəti münaqişənin həlli tapılana qədər işğal edilmiş ərazilərdəki bütün tarixi abidələrin toxunulmaz və ilkin formada qalmasını təmin etmək istiqamətdə Ermənistana müvafiq təzyiq göstərməyə çağırırıq.
Şuşa qalası ilə bağlı son addımlar bir daha Ermənistanın münaqişənin dinc yolla konstruktiv həllində maraqlı olmadığının və Azərbaycanı münaqişənin həlli ilə bağlı digər vasitələrdən istifadə etməyə təhrik etdiyinin göstəricisidir. Belə ki, bu cür addımlar gələcəkdə danışıqlar prosesinin pozulması ilə bağlı bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə qoyur", - deyə F.Şəfiyev qeyd edib. /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı